“Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində yeni plan hazırlanıb

14 March 2023

 

BMT-in İnkişaf Proqramı və Dövlət Turizm Agentliyi ilə birgə icra olunan “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində “Qərb Destinasiya İnkişaf Planı” hazırlanıb.

“Qərb Destinasiya İnkişaf Planı” Gəncə TİM/DMT və Göygöl Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmış turizm üzrə yerli işçi qrupun ilk iclasında müzakirə edilib. İclasda “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsinin rəhbəri Rüfət Bağırov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Gəncə Turizm İnformasiya Mərkəzinin Direktoru Zaur Bayramov da iştirak ediblər.

“Qərb Destinasiya İnkişaf Planı”nın məqsədi regionda dayanıqlı turizmin potensialını yüksəltmək, turist sayını artırmaq və həmçinin regionlarda kiçik orta biznes sahibkarların inkişafına dəstək olmaqdır.

Layihə nümayəndələri iştirakçıları seminar formatında xüsusi metodologiya əsasında Göygöl üçün yeni layihələr üzərində məhsuldar müzakirəyə cəlb ediblər.