"Yetər ki, cəhd edək!"

Öz biznesini quran Nuranə Rzayevadan qadınlara

29 March 2023

 

Nuranə Rzayeva 1991-ci  ildə Cəlilabadda anadan olub. 9 illik orta məktəbi bitirdikdən sonra  ailə həyatı qurub və daha sonra müxtəlif kurslarda dırnaq ustası peşəsini öyrənib. Nuranə müxtəlif salonlarda işləsə də həmişə öz işini qurmaq arzusunda olub.

2022-ci ildə təsadüfən tanış oluğu bir xanımın tövsiyəsi ilə Cəlilabad Qadın Resurs Mərkəzinə üzv olur və bundan sonra onun həyatı tamamən dəyişir.

“Öz işimi qurmaq hər zaman xəyalım olub. Cəlilabad Qadın Resurs Mərkəzi mənə bu yolda çox böyük dəstək oldu. Artıq mən Qadın Resurs Mərkəzində keçirilən biznes təlimində uğur qazanmış digər üç qadın kimi öz salonumda fəaliyyət göstərirəm. Qadınlar istəsələr hər bir işdə uğur qazana bilərlər, yetər ki, cəhd edək”.

 

Mərkəzdə keçirilən Biznes təlimində iştirak etdikdən sonra o, dırnaq ustası  fəaliyyəti üçün biznes plan hazırlayır. Planı uğurlu olur və ona öz kiçik biznesini qurmaq üçün lazımi avadanlıqlar təqdim edilir. Nuranə xanım Mərkəzin fəal üzvü kimi təlim və tədbirlərdə iştirak edərək öz təcrübəsini digər üzvlərlə də bölüşür.

Qəhrəmanımız Niderland Krallığının maliyyələşdirdiyi və BMTİP ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə icra etdiyi “Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək” layihəsi çərçivəsində dəstək alıb.