"Təlimlərə qatılmağa çəkinməyin" - Layihə qalibindən qadınlara tövsiyə

Cəlilabad Qadın Resurs Mərkəzi Biznes təlimlərinin qalibi Hümbətova İlahə Mirzəxan qızının hekayəsi

29 March 2023

 

İlahə Hümbətovanın 48 yaşı var. O, Cəlilabad rayonu Sabirabad kəndində yaşayır. İki övlad anası olan İlahə xanım gənc yaşlarından çalışmağa başlayıb və övladlarını təkbaşına böyütmək məcburiyyətində qalıb. Müxtəlif işlərdə çalışmaqla yanaşı, dərzilik etmiş ömrünün 20 ilini isə gözəllik salonunda çalışmaqla keçirmişdir. O, Qadın Resurs Mərkəzinə üzv olmaqla keçirilən biznes təlimlərində iştirak edib. Hazırladığı uğurlu biznes plan ona qələbə qazandırıb və öz gözəllik salonu üçün avadanlıqla təmin olunub.

 

“Qadın Resurs Mərkəzi haqqında eşitdikdə bura böyük inamla qoşuldum. Biznes təlimlərində iştirak etdim. Bu təlimlər mənim bilmədiklərimi öyrənməyə, biznes plan yazmağıma və işimi böyütməyimə çox kömək oldu. İndi hər kəsə Qadın Resurs Mərkəzinin olması barədə məlumat verirəm. Qadınlara tövsiyəm odur ki, inamla mərkəzə üzv olub, təlimlərdən yararlansınlar”

 

İlahə Hümbətova Niderland Krallığının maliyyələşdirdiyi, BMT İnkişaf Proqramının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə icra etdiyi “Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək “ layihəsi çərçivəsində dəstək alıb.