Gələcək üçün Peşə Təhsili və Təlimi

 

Layihənin xülasəsi

Azərbaycan hökuməti 2016-ci ildə qəbul edilmiş “Peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsi”ndə, “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsi”ndə və bir çox digər hökumət proqramlarında peşə təhsili sisteminin inkişafının vacibliyini vurğulamışdır. Bu sahədəki siyasətə aid sənədlərin başlıca məqsədi Azərbaycanın peşə təhsili sistemində islahatlar aparmaq, eləcə də infrastruktur, təhsil proqramlarının məzmunu, peşə üzrə inkişaf, ilkin öyrənilmənin tanınması, daxili keyfiyyət təminatı və sosial tərəfdaşlıq (o cümlədən dövlət və özəl sektorların tərəfdaşlığı) kimi sahələrdə təkmilləşdirmə işləri vasitəsilə nəticələri yaxşılaşdırmaqdan ibarətdir.

“Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” adlı layihə, peşə təhsilinin cəlbedici keyfiyyətlərinin, eləcə də əmək bazarına müvafiqliyinin artırılması məqsədilə səriştə əsaslı tədrisin təşkili üçün Azərbaycanda peşə təhsili müəssisələrinin müasirləşməsinə dəstək vermək məqsədini daşıyır. Layihə üzrə fəaliyyət yeddi peşə təhsili müəsssisəsində (dördü Bakıda, üçü isə rayonlarda – Gəncə, Cəlilabad və Şəkildə) sınaq formatında aparılacaq. Seçilmiş müəssisələr Elm və Təhsil Nazirliyi üçün prioritetdir və onlar əmək bazarına uyğunluq, ölkənin inkişafı üçün peşə təhsilinin prioritetli sektorlarının genişləndirilməsi, habelə özəl sektorun maraqları və tələb olunan infrastrukturun olması kimi amillərə əsaslanaraq seçilib. Layihə çərçivəsində irəli sürülən təşəbbüslər və aparılan fəaliyyət, işə əsaslanan tədris sahəsində dövlət və özəl sektorların əməkdaşlığı və tərəfdaşlığını təşviq edəcək, yeni tədris məzmununun təqdim edilməsi məqsədilə peşə təhsili müəssisələrinin imkanlarını gücləndirəcək və gənclər üçün peşə təhsilinin cəlbediciliyini artıracaq. Hədəflənmiş müəssisələrdə icra edilən bu layihə vasitəsilə əldə edilmiş ən münasib təcrübə, daha sonra digər rayonlarda da təkrarlanacaq.

Layihə Avropa İttifaqı tərəfindən tam maliyyələşdirilir və BMT-nin İnkişafı Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir. 

Layihənin məqsədləri

Ümumi məqsəd

Layihənin başlıca məqsədi - əmək bazarının tələblərinə uyğun səriştə əsaslı təhsil üçün tədris müəssisələrini müasirləşdirməklə, peşə təhsili sisteminin keyfiyyətinin artırılmasında Azərbaycan hökumətinə dəstək verməkdir.

Xüsusi məqsədlər

  •   Seçilmiş peşə təhsili və təlimi (PTT) təminatçılarında innovasiyaların tətbiqi
  •  Seçilmiş PTT təminatçılarında infrastruktur və avadanlıqların yenilənməsi
  •  Azərbaycanda PTT təminatçılarının potensialının gücləndirilməsi
  •  PTT müəssisələrində rəqabətli maliyyələşdirmə mexanizminin (kiçik qrantlar) hazırlanması və sınaqdan keçirilməsi üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinə (PTDA) dəstək göstərilməsi
  •    Azərbaycanda peşə təhsil islahatları üzrə kommunikasiya strategiyasının işlənib hazırlanması və həyata keçirilməsində PTDA-nın kommunikasiya şöbəsinə dəstək göstərilməsi
  •    PTDA-nın rəhbərliyi altında gəncləri peşə təhsilinə cəlb etmək üçün pilot tədbirlərin dəstəklənməsi

Gözlənilən nəticələr 

1-ci istiqamət: Seçilmiş peşə təhsili müəssisələrində innovasiyaların tətbiqi

2-ci istiqamət: Seçilmiş peşə təhsili müəssisələrində infrastrukturun və avadanlığın müasirləşdirilməsi

3-cü istiqamət: Azərbaycanda bütün peşə təhsili müəssisələri üçün şəbəkənin qurulması və imkanların genişləndirilməsi

Sistemin işləməsinə dəstək vermək məqsədilə horizontal tədbirlərin görülməsi

 

Impact

START DATE

August 2020

END DATE

March 2025

STATUS

Ongoing

PROJECT OFFICE

Azerbaijan

IMPLEMENTING PARTNER

United Nations Development Programme

DONORS

EUROPEAN COMMISSION

TOTAL CONTRIBUTIONS

$6,115,757

DELIVERY IN PREVIOUS YEARS

2020$39,273

2021$1,104,200

2022$1,784,620

2023$669,294

2024$619,904

Full Project information