BMTİP qadınların STEM-də rolunu müzakirə etmək məqsədilə dəyirmi masa təşkil edib

21 April 2022

Foto: BMTİP Azərbaycan

Bakı, 21 Aprel 2022-ci il – Bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı qadınların STEM  (Science - Elm, Technology - Texnologiya, Engineering - Mühəndislik, Math - Riyaziyyat) sahələrində rolunu müzakirə etmək məqsədilə dəyirmi masa tədbiri təşkil edib. Tədbir İKT-də Qızlar Günü ərəfəsində keçirilib və dövlət qurumları və nazirliklər, vətəndaş cəmiyyəti və özəl sektorun 40-dan çox nümayəndəsini bir araya gətirib.

Dəyirmi masa iştirakçıları qadınların STEM sahələrində rolunu müzakirə edib, bu sahələrdə qadınların iştirakını artırmaq üçün strategiya və imkanları araşdırıb, həmçinin bu prosesin yerli və milli səviyyələrdə sürətləndirilməsində mühim rol oynayan əsas amilləri müəyyənləşdiriblər.

Dəyirmi masa BMTİP-nin Akselerator Laboratoriyasının həyata keçirdiyi “Qadınlar STEM-də” kampaniyası çərçivəsində təşkil olunub. Kampaniyanın əsas məqsədi maarifləndirmə tədbirləri, vebinarlar və mentorluq proqramı vasitəsilə STEM-də faəliyyət göstərən insanların müxtəlifliyinə diqqət çəkməkdir. Kampaniyanın hədəfi Azərbaycanda yaşayan gənc xanımları və qızları onların bacarıqlarına tələbatın yüksək olduğu sahələrdən məzun olmağa cəsarətləndirmək və karyera seçiminə gəldikdə onların həmyaşıdları və ailələrinin dəstəyini almasına kömək etməkdir.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.