“Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları (VCT) üçün iki kiçik qrant proqramına start verir

23 May 2022

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən bu layihə çərçivəsində VCT-lər üçün iki qrant proqramı elan edilir.

Birinci qrant proqramı VCT-lərin yerli inkişafda iştirakını dəstəkləmək məqsədi daşıyır. Bu Çağırışın ümumi məqsədi yerli inkişaf proseslərində bacarıqlı və nüfuzlu tərəflər kimi vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını artırmaq və onların dayanıqlı inkişafda inkişaf/transformasiya icraçıları kimi rolunu gücləndirməkdir.

İkinci qrant proqramı dəlilə əsaslanan siyasətin hazırlanmasında, siyasət dialoqunda və siyasət müzakirələrində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakını dəstəkləmək məqsədi daşıyır. Bu Çağırışın ümumi məqsədi vətəndaş cəmiyyəti təşkilatlarının siyasətlərin inkişafına təsirini artırmaq və onların vətəndaşların maraqlarını ifadə edə və müdafiə edə bilən inkişaf/transformasiya icraçıları kimi rolunu gücləndirməkdir.

Təkliflər üçün çağırışlar aşağıdakı prioritet mövzular ətrafında layihə fəaliyyətlərini dəstəkləyəcək:

1) Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması

2) İqlim dəyişikliyi

3) COVID-19 pandemiyasına cavab tədbirləri

Müraciətlər panel komitəsi tərəfindən nəzərdən keçiriləcək və müvafiq olaraq ərizəçilərə məlumat veriləcəkdir. Əlavə məlumat tələb olunarsa, BMTİP VCT ilə əlaqə saxlaya bilər.

Hər iki qrant proqramı üzrə məlumat sessiyası 25 may 2022-ci il tarixində saat 14:00-dan 17:00-dək onlayn (Zoom) keçiriləcək.

Məlumat sessiyasında iştirak etmək istəyənlər info.az@undp.org elektron poçt ünvanına yazaraq qeydiyyatdan keçməlidirlər.

VCT-lər öz suallarını 17 iyun 2022-ci il saat 18:00-dan gec olmayaraq info.az@undp.org ünvanına göndərə bilərlər. Suallara cavablar BMT-nin İnkişaf Proqramının Azərbaycan saytında yerləşdiriləcək.

Sözügedən qrant proqramlarına müraciət etmək üçün tələb olunan bütün sənədlər 24 iyun 2022-ci il, yerli vaxtla saat 18:00-dan gec olmayaraq info.az@undp.org ünvanına göndərilməlidir.

Ətraflı məlumat aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.

Birinci qrant proqramı üçün: BURADAN MÜRACİƏT EDİN!

İkinci qrant proqramı üçün: BURADAN MÜRACİƏT EDİN!

Suallar və cavablar: BURADAN BAXIN!