BMT İnkişaf Proqramı “Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi hazırlayıb

“Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi

pdf (1MB)

Download

BMT İnkişaf Proqramı “Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi hazırlayıb

6 September 2022

BMT İnkişaf Proqramı “Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi hazırlayaraq, hüquqşünasların istifadəsinə verib. Azərbaycan dilində nəşr olunan Bələdçi regionlarda həyata keçirilən ödənişsiz hüquqi yardım fəaliyyətlərində çalışan şəxslərə kömək etmək üçün metodik vəsait kimi işlənəcək.

Bələdçi sosial hüquqlar üzrə hüquqi yardımın mahiyyətinə uyğun olaraq nəzəri və praktik hissələrdən ibarət hazırlanıb. Bələdçinin nəzəri hissəsində sosial hüquqların hüquqi əsasları, onların inzibati qaydada və məhkəmə müdafiəsi, məhkəmə sistemi, məhkəməyə qədər məcburi ilkin mediasiya ilə bağlı materiallar verilib.