Support to the Ministry of Health to strengthen healthcare procurement system in the country

Foto: Unsplash

Layihənin təsviri

Azərbaycan qlobal standartlara doğru irəliləyərkən, xəstəliklərin profilaktikasının aparılması və aradan qaldırılması, habelə səhiyyə sistemini və tibb sənayesini inkişaf etdirmək üçün ictimai səhiyyə sahəsində böyük səylər göstərir.

Azərbaycan hökuməti HİV/QİÇS-ə və digər yoluxucu və qeyri-yoluxucu xəstəliklərə qarşı mübarizə aparmaq və müvafiq proqramların əksəriyyətini maliyyələşdirmək öhdəliyini öz üzərinə götürmüşdür. Ən başlıca amil səhiyyə sahəsinə daxili yatırımlarda davamlı artımdır ki, bu da səhiyyə sistemlərinin dayanıqlı işinə əsasdır. Dövlət Səhiyyə Proqramı çərçivəsində, digər məqamlarla yanaşı HİV/QİÇS, vərəm, kəskin respirator xəstəliklər və cinsi yolla ötürülən infeksiyalarla mübarizəyə üstünlük verilir. Düzgün qeyd edilmişdir ki, Proqram, xərçəng, virus hepatitləri, vərəm, diabet, hemofiliya və digər xəstəliklər üçün əczaçılıq tədarükünün maliyyələşdirilməsi işini yaxşılaşdıracaqdır.

Dərmanlar və tibbi ləvazimatlar sağlamlıq problemlərini həll etmək və həyat keyfiyyətini artırmaq üçün vacibdir. Onlar, xəstəliklərin profilaktikasının, diaqnostikasının və müalicəsinin, habelə əlillik və fəaliyyət qabiliyyətinin məhdud olması ilə bağlı problemlərin həllinin tərkib hissəsidir. Əsas dərman preparatlarına və tibbi ləvazimatların əlçatanlığının yaxşılaşdırılması səhiyyə xidmətlərinin hər kəsi əhatə etməsinə nail olmaq üçün olduqca vacibdir və effektiv səhiyyə sistemlərinin əsas komponenti hesab edilir.

HİV/QİÇS üzrə xidmət üçün dərman preparatlarının tədarükü ilə əlaqədar xərclərin bölüşdürülməsi xüsusilə vacibdir, çünki 2005-ci ildən HİV/QİÇS-lə bağlı qrantlar verən Qlobal Fond Azərbaycana sonuncu qrantı vermişdir, beləliklə də 2020-ci ildən başlayaraq, ölkə, HİV/QİÇS-lə bağlı proqramının tam şəkildə hökumət tərəfindən maliyyələşdirilməsinə keçid alacaqdır. Ölkə tədricən Qlobal Fond tərəfindən əhatə olunan bütün tədbirlərin onun özü tərəfindən maliyyələşdirilməsinə keçməlidir.

Ölkədə digər nazirliklərlə birgə bir sıra əvvəlki tədarük sazişlərinin uğurla yerinə yetirilməsinə əsaslanaraq, BMTİP və Səhiyyə Nazirliyi 2018-ci ildə HİV/QİÇS və vərəm əleyhinə dərman preparatlarının tədarükünə dair çərçivə sazişinin imzalanmasına qərar vermişlər.


Layihənin məqsədləri

Ümumi məqsəd Layihənin ümumi məqsədi milli səhiyyə təchizat sistemini gücləndirməkdən və bununla da Azərbaycandakı HİV/QİÇS xəstələrinin diaqnozunun və müalicəsinin effektivliyini artırmaqdan ibarətdir.
Xüsusi məqsədlər

I. SN (1-ci Əlavə) ilə maliyyələşdirmə sazişinə əsasən 2018-ci il və sonrakı illər üzrə Milli QİŞS Proqramı üçün dərman preparatları və dərman məhsulları tədarük etmək; və BMTİP tərəfindən tədarük edilmiş dərman preparatlarının və tibbi məhsulların qəbul edilməsində və paylanmasında SN-ə dəstək göstərmək;

II. Dərman preparatlarının və digər tibbi məhsulların dövlət tərəfindən tədarük edilməsində şəffaflığı, hesabatlılığı və effektivliyi təmin etmək üçün Səhiyyə Nazirliyinin potensialını gücləndirmək.

 

Gözlənilən nəticələr

Bu layihənin məqsədi, Azərbaycan əhalisinə keyfiyyətli səhiyyə xidmətlərinin, xüsusən də müvafiq xidmətləri dərman preparatları ilə təchiz etməklə HİV/QİÇS üzrə xidmətlərin göstərilməsinə dəstək göstərməkdən ibarətdir.

Gözlənilən nəticələrə nail olmaq üçün tələb olunan resurslar

Maliyyə vəsaitləri:

Bu saziş, Ölkə üzrə Nümayəndəliyin vəsaitləri və insan resursları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, BMTİP-nin maliyyə və maddi dəstəyi ilə Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdiriləcəkdir.

İnsan resursları:

Saziş BMTİP-nin mövcud heyəti və yeni cəlb olunan layihə rəhbəri və yardımçısı tərəfindən yerinə yetiriləcək. Hər iki tərəf layihənin əhatə dairəsinin genişləndirilməsinə razılıq verdiyi halda sonrakı mərhələdə əlavə heyət cəlb olunacaqdır.

İnzibati resurslar:

Saziş, ofis, maliyyə və təchizat mexanizmləri baxımından BMTİP-nin inzibati resursları çərçivəsində yerinə yetiriləcəkdir.

Gömrük prosedurları və tibbi məhsulların saxlanması baxımından, layihə milli prosedurlara riayət edəcək və zərurət olduğu halda soyuq mühitdə saxlama qaydalarına riayət etmək üçün mövcud saxlanc vasitələrindən istifadə edəcəkdir.

Tərəfdaşlıqlar

Azərbaycanın Səhiyyə Nazirliyi bu layihə çərçivəsində BMTİP-nin əsas tərəfdaşı olacaq.

Risklər və ehtimallar

Layihə, BMTİP-nin Ölkə üzrə Nümayəndəliyi və Cenevrədə və Kopenhagendə GF-HİST tərəfindən artıq müəyyənləşdirilmiş və özünü doğrultmuş tədarük mexanizmlərindən istifadə edərək fəaliyyət göstərəcəkdir.

Impact

START DATE

December 2018

END DATE

December 2031

STATUS

Ongoing

PROJECT OFFICE

Azerbaijan

IMPLEMENTING PARTNER

Ministry of Health

DONORS

AZE-GOVERNMENT

The Global Fund to Fight AIDS, Tuberculosis and Malaria

UNITED NATIONS DEVELOPMENT PROGRAMME

Unspecified

TOTAL CONTRIBUTIONS

$10,521,216

DELIVERY IN PREVIOUS YEARS

2018$0

2019$1,819,453

2020$1,322,910

2021$958,353

2022$2,104,445

2023$1,459,058

2024$589,078

Full Project information