BMTİP-nin Rezident Nümayəndəsi vəzifəsini icra edən cənab Alessandro Frakassettinin Dövlət-Özəl Sektor Dialoquna həsr olunan tədbirdə açılış nitqi

15 May 2019

Foto: BMTİP-nin Azərbaycandakı Nümayəndəliyi / Elmar Mustafayev

Çıxış üçün hazırlanıb 

Bakı, Azərbaycan

15 may 2019-cu il

Məkan:  Fairmont Hotel, Flame Towers (əsas girişdən sol tərəfə)

***

Hörmətli Əli müəllim (Hörmətli cənab Əli Əhmədov)

Hörmətli cənab Sahib Məmmədov, İqtisadiyyat Nazirinin müavini

Hörmətli sahibkarlar,

Möhtərəm nümayəndələr,

Xanımlar və cənablar,

Bizim Azərbaycan hökuməti ilə başladığımız bu ilk müştərək dövlət-özəl sektor dialoqunda sizi salamlamaqdan böyük məmnunluq hissi keçirirəm. Mən, işgüzar dairələri bu mühüm müzakirə platformasına dəvət etdiyinizə görə Zati-aliləri Baş Nazirin müavininə və bizim hökumətdəki həmkarlarımıza təşəkkür etmək istəyirəm.

2030-cu il Qlobal Gündəliyi və DİM-lər milli hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektor arasında daha böyük tərəfdaşlığa çağırır.

Bir çoxları DİM-lərin BMT Gündəliyi olduğunu düşünsə də, DİM-lər faktiki olaraq dünyada hökumətlər tərəfindən imzalanmış milli gündəlikdir.

Bununla əlaqədar, mən, Zati-aliləri Baş Nazirin müavinini Azərbaycanın milli DİM prioritetlərinin elan olunması münasibətilə təbrik etmək istəyirəm. Bu, Azərbaycanda DİM-lərin milliləşdirilməsini başa çatdırmaq üçün güclü zəmin yaradır.

Birləşmiş Millətlər Təşkilatının ölkədəki  fəaliyyətinin aktiv bir iştirakçısı kimi  BMTİP, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının və onun tematik işçi qruplarının fəaliyyətə başladığı ilk gündən tərəfdaş qismində bu yolun iştirakçısı olmaqdan şərəf duymuşdur.

2016-cı ilin sonlarında fəaliyyətə başladığı vaxtdan bəri, DİMƏŞ, digər vasitələrlə yanaşı, proqramları və siyasətləri nəzərdən keçirməklə və daha sonra uyğunlaşdırmaqla, işçi qrupları əlaqələndirməklə və onlara təlim keçməklə, geniş məsləhətləşmələr aparmaqla və maarifləndirməni yüksəltməklə Azərbaycanda DİM-lərin milliləşdirilməsi prosesini əlaqələndirmişdir.

2017-ci ildə Azərbaycana səfər edən Daxil etmə, sürətləndirmə və siyasətə dəstək missiyası DİMƏŞ-lə aparılan məsləhətləşmələrdə DİM-lərə nail olmanı sürətləndirmək üçün bir sıra mühüm sahələr və DİM-lərin milliləşdirilməsi üçün konkret addımlar təklif etmişdir. Missiya, həmçinin, onu da qeyd etmişdir ki, ölkə hansı sahələrdə irəliləyişə nail olduğunu və hansı sahələrdə geri qaldığını göstərmək üçün etibarlı, vaxtlı-vaxtında təqdim olunan və təfsilatlı məlumatlara ehtiyac duyur. Bu səbəbdən, DİM-lərə nail olma istiqamətində fəaliyyət kurslarına nəzarət etmək məqsədilə DİM-lərlə bağlı milli göstəricilər portalını işləyib hazırlamaq üçün Dövlət Statistika Komitəsinə dəstək göstərmişdir.

DİM-lərin kompleksliyi və bir-birilə əlaqəliliyi çox vaxtı innovasiya və eksperimentlərlə dəstək göstərilən qeyri-standart cavablar tələb edir. Artıq üçüncü ildir keçirilən illik Milli İnnovasiyalar Müsabiqəsində, habelə BMTİP-nin dəstəyi ilə təşkil olunan Təmiz texnologiyalara dair ideyaların irəli sürüldüyü tədris düşərgəsində (Cleantech İdeaton Bootcamp) ölkədə DİM-lər üzrə ilk innovativ həll yolları işlənib hazırlanmışdır.

Tərəfdaşlarımızla birgə, biz, parlament üzvlərindən tutmuş gənclərə qədər, jurnalistlərdən tutmuş vətəndaş cəmiyyətinə qədər, elmi cəmiyyətdən tutmuş özəl sektora qədər cəmiyyətdəki müxtəlif qrupların hədəf seçildiyi geniş təbliğat kampaniyasının aparılmasına yatırım etmişik.

Son illər ərzində Azərbaycan regionda DİM-lər üzrə qabaqcılllardan birinə çevrilərək bu yaxınlarda Bakıda keçirilən Dayanıqlı İnkişaf üzrə Regional Forumda öz uğurlarını və qabaqcıl təcrübələrini digər ölkələrlə bölüşmüşdür.

İndi Azərbaycan bu ilin iyul ayında Nyu Yorkda keçiriləcək BMT-nin Yüksək-Səviyyəli Siyasi Forumda təqdim edilməli olan özünün ikinci könüllü Milli İcmalını hazırlayır.

DİM-lərin milliləşdirilməsi prosesində nail olunan böyük irəliləyişdən sonra indi DİM-lərə nail olma istiqamətində birgə yola çıxmağın vaxtıdır.

Xanımlar və cənablar,

Bu auditoriyanı inandırmağa lüzum yoxdur ki, özəl sektor Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün göstərilən səylərdə vacib tərəfdaşdır.

O, hər şeydən əvvəl iqtisadi artım və iş yerlərinin yaradılması üçün təkanverici qüvvədir. O, malları və xidmətləri təmin edir, əsas sosial və iqtisadi infrastrukturu maliyyələşdirmək üçün vergi gəlirlərini yaradır, inkişafla bağlı problemlərin həll olunmasına kömək edən innovativ həll yollarını inkişaf etdirir və ola bilsin ki, dövrümüzün ən böyük qlobal problemi olan iqlim dəyişikliyi probleminin həllində əsas iştirakçıdır.

Özəl sektorun iştirakı, eyni zamanda, DİM-lərin maliyyələşdirilməsi üçün vacibdir, belə ki, tək inkişafa yardımla bunu etmək olmaz. Hələ də maliyyələşmə kifayət qədər deyildir – UNCTAD-ın hesablamalarına görə DİM-lərə nail olmaq üçün inkişaf etməkdə olan ölkələrə hər 2,5 trilyon ABŞ dolları tələb olunur.

Eyni zamanda, DİM-lərə nail olma biznes üçün də imkanların artması deməkdir.

BMT-nin Baş Katibinin müavini, BMTİP-nin rəhbəri Lord Mallok Braunun sədrlik etdiyi Biznes və Dayanıqlı İnkişaf Komissiyasının hesabatına əsasən, Qlobal Məqsədlərə nail olma 2030-cu ilədək dörd iqtisadi sistemdə (ərzaq və kənd təsərrüfatı, enerji və materiallar, sağlamlıq və rifah) bazardakı satış imkanlarında təxminən 12 trilyonluq imkanlar yarada bilər.

Həmin hesabatda qeyd olunduğu kimi, dayanıqlı inkişaf üçün biznes işi artıq güclüdür: o, yeni imkanlar yaradır və səmərəliliyi xeyli artırır; o,  innovasiyaları yönləndirir və nüfuzları artırır.

Gəlin, məsələn, şəhərləri götürək. 2030-cu ilədək dünya əhalisinin 60 faizi şəhərlərdə yaşayacaqdır, lakin hələ də müasir şəhərlər xeyli sayda problemlərlə üzləşirlər, məsələn, bir milyarda yaxın ailənin 2025-ci ilədək standarta uyğun olmayan mənzil şəraitində yaşaması, nəqliyyatın sıxlığı, çəki artıqlığı hallarının çoxalması, daxildə və kənarda çirklənmə ilə əlaqədar vaxtsız ölüm hallar. İndi şəhərlər qlobal enerji istehlakında və enerji ilə bağlı istixana qaz emissiyalarında 70 faizlik paya malikdir.

Əlçatan mənzil və enerjidən səmərəli istifadə olunan binalar tək bazardakı satış imkanlarını təxminən 1 trilyon ABŞ dollarına qədər artıra bilər.

Beləliklə, məlumatlardan aşağıdakılar bəlli olur: DİM-lərin maliyyələşdirilməsinə əlavə olaraq 2.5 trilyon ABŞ dolları və 12 trilyon ABŞ dolları məbləğində satış imkanları. Məsələ özəl sektoru inkişafa cəlb edib-etməmək deyil. Burada məsələ bunu necə etməkdir.

Bu, yeni düşüncə, yeni yanaşmalar tələb edir.

Biz, müxtəlif sektorlar boyu çoxsaylı DİM hədəflərinə yönələn yüksək-dəyərli biznes imkanlarını qurmaq üçün biznes müəssisələrini, hökumətləri və vətəndaş cəmiyyətini bir araya toplamalıyıq.

Özəl sektorla işləmək üçün biz yeni yanaşmamızı  3 “C” ilə ümumiləşdirmək olar: DİM-lər üzrə tərəfdaşlıqlardan yararlanmaq üçün topla (convene), sürətləndir (catalyze) və fayda əldə et (capitalize).

Bu regionda, biz, öz donor və tərəfdaşlarımızla birgə, işgüzar fəaliyyəti sürətləndirən vasitələrlə sosial və ekoloji təsir potensialı olan parlaq ideyalara malik sahibkarlara dəstəyin göstərilməsinə yatırımlar etmişik.

Məsələn, Moldovada, biz, kənd təsərrüfatı məhsullarını yaxşılaşdırmaq üçün iqlimə nəzarət üzrə “ağıllı” (smart) vasitələr və ya çaylarda plastik tullantıların təkrar emal yolları kimi DİM-lərə cavab verən yeni məhsullara, xidmətlərə və biznes modellərinə nail olmaq üçün kiçik və orta ölçülü müəssisələrlə birgə fəaliyyət göstəririk.    

Biz, dövri iqtisadiyyata xüsusi diqqət yetirilməklə, eyni konsepsiyanı yerli kiçik və orta ölçülü müəssisələr bazarına uyğunlaşdıran yerli akseleratorun pilot mərhələsində indi 7 şirkətlə işlədiyimiz Serbiyada eyni modelin seçimini düşünürük.

Bu regiona yaxın olan Belarusda, biz, təsirlə bağlı yatırımlar üzrə şirkətlərin və kapitalı idarə edənlərin marağını artırmaq üçün yerli Hökumətlə iş aparırırq və əlçatan yaşıl enerji modellərinin yaradılmasında, gələcək nəsillər və digərləri üçün təhsil və təlimdə daha proaktiv rol oynamağa yönələn şirkətlər üçün yatırım nümunəsini qururuq.

Burada, Azərbaycanda isə, biz, ölkədə DİM-lərə nail olmanı sürətləndirən modellərin tapılmasında hökumətə kömək etmək üçün akselerasiya laboratoriyasını işə salırıq.

Xanımlar və cənablar,

Bu gün, biz, Azərbaycanda DİM-lərə nail olmağa kömək etmək üçün  yeni tərəfdaşlıq modelləri və biznes sahəsində problemlərin həll yollarına dair mühüm dialoqa başlayırıq.

Biz, inklüziv artım (məşğulluq, sahibkarlıq), bərpa olunan enerji və enerjidən səmərəli istifadə, dövlət tərəfindən daha effektiv xidmətlərin göstərilməsi, habelə, gənclər, gender və kənd təsərrüfatı sahəsində  problemlərin həll yolları kimi sahələrdə irəliləyişin sürətləndirilməsinə kömək edəcək əməkdaşlıq çərçivələri və problemlərin həll yollarının işlənib hazırlanmasında və tətbiq olunmasında həm dövlət, həm də özəl sektora dəstək göstərməyə hazırıq.

Biz inanırıq ki, bu platforma hələ müzakirələrin başlanğıcıdır və ümid edirik Azərbaycanda DİM-lərdə Dövlət – Özəl Sektorun İştirakına və Tərəfdaşlığa dair Yol Xəritəsini və ya Fəaliyyət Planını işləyib hazırlamaq və onu yekunlaşdırmaq üçün texniki səviyyədə toplantılarla işimizi davam etdirəcəyik.

Mən sizə məhsuldar bir dialoq arzulayıram və Azərbaycanda dayanıqlı inkişaf naminə bütün qüvvələrin səfərbər olacağına ümid edirik.

Çox sağ olun!