Biznes və insan hüquqları mövzusunda təlimçilər üçün təlim keçirilib

20 oktyabr 2022

 

17-18 oktyabr 2022-ci il tarixlərində BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən təlimçilər üçün təlim keçirilib. Hüquqşunaslar, vəkillər, QHT nümayəndələri və milli ekspertlərin qatıldığı təlim proqramı “Biznes və İnsan hüquqlarının müdafiəsində Milli İnsan Hüquqları Təsisatlarının rolu” mövzusunu əhatə edib.

Proqram BMTİP-nın biznes və insan hüquqları üzrə eksperti, professor Jernej Letnar Çerniç tərəfindən tədris olunub. Təlim zamanı iştirakçılar korporativ sektorda sui-istifadələrə qarşı insan hüquqlarının qorunmasında dövlətin vəzifələri, biznes, insan hüquqlarının qorunmasında Milli İnsan Hüquqları Təsisatlarının rolu və məqsədi kimi mövzularda maarifləndirilib. Daha sonra iştirakçılar işçi qruplar şəklində real keyslər üzrəində müzakirələr aparıb və qabaqcıl ölkələrin bu sahədə təcrübələrini təhlil ediblər. İki günlük təlim proqramının sonunda iştirakçılar sertifikatla təltif olunublar.

Qeyd edək ki, təlimçilər üçün təlim sessiyası "Azərbaycanda institusional potensialın gücləndirilməsi vasitəsilə insan hüquqlarına əsaslanan yanaşmanın aktuallaşdırılması" layihəsi çərçivəsində baş tutub.