Özəl biznesdə yüksək rəqabətlilik mühiti gender siyasətini də sağlamlaşdıracaq

27 February 2023

 

Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (QSGP/WEPs) Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyində korporativ sosial məsuliyyətin gender ölçüsünü və biznesin rolunu işləyib hazırlayır.

QSGP gender bərabərliyini və qadınların iş yerində, əmək bazarında və cəmiyyətdə səlahiyyətləndirilməsini təşviq edən yeddi Prinsipdən ibarətdir.

2010-cu ildə BMT Qadınları və BMT Qlobal Sazişi tərəfindən birgə yaradılmış təşəbbüs Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi tərəfindən 2018-ci ildən bəri özəl şirkətlər arasında təşviq edilir.

QSGP özəl şirkətlər tərəfindən qəbul edilməsi korporativ səviyyədə iş yerlərində gender bərabərliyinin təmin edilməsi üçün öhdəlik götürməsi deməkdir. QSGP-nə imza atmış şirkət 7 prinsipin arasından ona uyğun olan ən azı 2 prisnipi seçir və  bu prinsipləri icra etməyə razılaşır. Şirkət əvvəlcə korporativ səviyyədə Gender Boşluqlarının Araşdırmasını apararaq, boşluqları müəyyən edir, daha sonra QSGP/WEPs icra etmək üçün Fəaliyyət Planı hazırlayır.

Ümumi olaraq layihə çərçivəsində 19 şirkət bu prinsipləri qəbul edib. Layihınin 2-ci mərhələsində  11 şirkət, o cümlədən AccessBank, PMD Qrup, Qızıl Əllər, Gənc Mühasiblər Birliyi, Azerkonnekt, Azerfon, Holcim Azərbaycan, Megainsurance Sığorta Şirkəti, Əli və Nino kitab mağazaları şəbəkəsi və Veysəloğlu kimi tanınmış holdinq və habelə kiçik milli şirkətlər bu prinsiplərə qoşulmuşdur. QSGP-inə qoşulmaq tamamilə könüllüdür bir prosesdir.  Prinsipləri qəbul edəndən sonra şirkətlər korporativ səviyyədə gender bərabərliyinin səviyyəsini təhlil edir və daha sonra aşkar edilmiş boşluqları aradan qaldırmaq və habelə, insan hüquqlarının bir hissəsi olan gender bərabərliyini təmin etmək üçün Fəaliyyət planı hazırlayır. Sözügedən layihə şirkətlərə lazımı texniki dəstək göstərir. 2023-cü ildə layıhənin hədəfi daha 9 şirkəti QSGP-nə cəlb etməkdir.

Prinsiplər özəl sektora nə vəd edir:

  • Biznes sektorunun dayanıqlılığını artırmaq
  • Gender bərabərliyi, insan hüquqları və dayanıqlı inkişafın təşfiqində aparıcı rol oynamaq
  • Qlobal hərəkatının bir hissəsinə çevrilmək.

Özəl şirkətlər arasında rəqabət mühiti korporativ səviyyədə gender siyasətində də rəqabətliliyin artacağına və getdikcə, Azərbaycanda daha çox şirkətin QSGP/WEPs-i qəbul edəcəyinə əminlik verir.