BMT-nin İnkişaf Proqramı Azərbaycanda İqlim Təhsili Təşəbbüsü üzrə Yaşıl İqlim Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq edir

15 April 2024

BMT-nin İnkişaf Proqramı (BMTİP) Yaşıl İqlim Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıqlıq çərçivəsində idarəetmə səviyyəsində iqlim dəyişikliyinə uyğunlaşmada bilik və bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərə start verməyə hazırdır.

BAKI.18 mart 2024 – BMTİP-nin “İqlim Dəyişikliyinə Milli Uyğunlaşma Planına dəstək” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rəhbərliyi və professor-müəllim heyəti ilə görüş keçirib. Görüş zamanı tərəflər DIA-da Dayanıqlı İnkişaf ixtisası üzrə Magistr proqramının bir hissəsi kimi iqlim dəyişikliyinə uyğunlaşma kursları və qərar qəbul edən şəxslər üçün nəzərdə tutulan ixtisaslaşdırılmış rəhbər səviyyəli kursların təşkili məqsədilə modullar üzrə detallı müzakirələri yekunlaşdırıb.

Təhsil proqramları icmaları və ekosistemləri dəyişən iqlimin təsirlərinnin qarşısını almaq üçün idarəetmə səviyyəsində uyğunlaşma tədbirlərini yerinə yetirmək məqsədilə liderliyi inkişaf etdirmək və həyata keçirmək üçün iştirakçılara dəstək olmağı hədəfləyir.

Azərbaycanda ilk dəfədir ki, iqlim dəyişikliyi mövzusu magistr proqramına inteqrasiya olunur və  bu magistr kurslarına qəbul bu ilin sentyabr ayında başlayacaq. 

Bu təşəbbüslər iqlim böhranının həllində mühüm rol oynayır. İqlim təhsili insanlara iqlim böhranının təsirlərini anlamağa və həll etməyə kömək edir, onları daha dayanıqlı və davamlı gələcək qurmaq üçün lazım olan bilik, bacarıq və dəyərlərlə gücləndirir.

 

Media əlaqəsi: 

Ceyhun Ələkbərov, BMTİP Azərbaycan, +994 77 201 04 40 , jeyhun.alakbarov@undp.org