16 Günlük Fəaliyyət Aksiyası ilə bağlı tədbirdə cənab Brukun çıxışı

25 noyabr 2013

image BMT Rezident Əlaqələndiricisi və BMTİP Rezident Nümayəndəsinin Gender Zorakılığına qarşı 16 Günlük Fəaliyyət Aksiyasına həsr edilmiş tədbirindəki çıxışı zamanı, ÜNS Yaradıcılıq Mərkəzi, Bakı, Azərbaycan

Hörmətli Hicran Hüseynova!
BMT-nin əməkdaşları!
Əziz xanımlar və cənablar!
Hörmətli media dostları!

Bugün Beynəlxalq Qadınlara Qarşı Zorakılığn Aradan Qaldırılması Gününü qeyd etmək və Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Aksiyasına başlamaq üçün sizinlə bir yerdə olmağım mənim üçün bir şərəfdir. Bu 16 gün qadınlara qarşı zorakılığı aradan qaldırmaq və onun ləğv edilməsi vədlərini yerinə yetirmək üçün siyasət və proqramları tərtib etmək kimi məqsədlərin güdülməsində dünya qadınları ilə həmrəylik nümayiş etdiriləcəkdir.

Mən BMT-nin Azərbaycandakı sistemi adından Gender Zorakılığına qarşı 16 günlük Fəaliyyət Aksiyasının həyata keçirilməsinə rəhbərlik etdiyinə görə Dövlət Komitəsinin sədrinə təşəkkür etmək istəyərdim.

Bu beynəlxalq kampaniya Qadınların Qlobal Liderliyi uğrunda Mərkəzin təşəbbüsü ilə 1991-ci ildə başlamışdır. Onun üçün seçilmiş tarixlər də əsaslıdır: başladığı gün 25 noyabr tarixi Beynəlxalq Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Günüdür, 10 dekabr son tarix günü isə Beynəlxalq İnsan Hüquqları Günüdür. Bunun mənası qadınlara qarşı zorakılığı insan hüquqları ilə əlaqələndirmək və belə zorakılığın insan hüquqlarının pozuntusunun bir hissəsi olduğunu göstərməkdir.

Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Olunması üzrə Konvensiya (CEDAW) bəyan edir: “Qadınlara qarşı ayrıseçkilik gender əsasında edilən və siyasi, iqtisadi, ictimai, mədəni, vətəndaş və hər hansı başqa bir sahədə insan hüquqları və əsas azadlıqların qadınlara ailə statusundan asılı olmadan və kişilər ilə bərabər olaraq mənsub olduğuna və qadınların onlardan istifadə etdiyinə maneə törətmək və ya ləğv etmək, və ya bu məqsədi daşıyan hər hansı bir fərqlənmə, istisna və məhdudiyyətdir”.

70 faizə qədər qadın həyatlarının bir məqamında fiziki və ya cinsi zorakılığa məruz qalırlar. Milyonlarla qadın və qız uşağına hücum olunur, döyülür və hətta öldürülür, bu da insan hüquqlarının gobud pozuntusu deməkdir.

Təəssüf ki, biz hələ də qadınlara qarşı ayrıseçkiliyin müxtəlif formalarını izləyə bilərik. Bu kədərli siyahı bütün həyat ərzində qeyri-bərabər rəftar, gender əsaslı abortlar, uşaq nigahları, əlil olan qadınlara qarşı ikiqat ayrıseçkilik ilə heç cür məhdudlaşmır.

BMT qadınlara qarşı zorakılığına cavab tapmaq istiqamətində fəaliyyətini davam etdirir. Bütün dünyada qadınlar və qızlara qarşı zorakılığın bütün formalarına son qoymaq üçün üzv ölkələrin cəhdlərini həvəsləndirmək üçün, BMT-nin Baş Katibi “Qadınlara qarşı zorakılığa son qoymaq üçün birləşin” kampaniyasına başladı.

BMT-nin Azərbaycandakı Nümayəndəliyi son 6 il ərzində Beynəlxalq Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması Gününün qeydi olunmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq aparmışdır. Biz bunu bütün insanlar üçün hüquq bərabərliyi prinsipinin Azərbaycanda reallışdırılmasını təmin etmək üçün edirik.

Gender bərabərliyinin vacibliyi onun səkkiz Minillik İnkişaf Məqsədlərinin (MİM) biri olduğu ilə sübut olunur. Gender bərabərliyi digər MİM-lərə nail olmaq üçün əsas şərtdir.

Bu il ərzində Azərbaycanda keçirilmiş 2015-ci ildən sonrakı yeni dayanıqlı inkişaf məqsədləri üçün prioritetləri müəyyən etmək üçün milli məsləhətləşmələr həyata keçirilmişdir. Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəçiliklərə görə, gender bərabərliyini təkmilləşdirmək və qadınların səlahiyyətlərini genişləndirməyə sadiq qalır, amma daha çox edilə bilər və edilməlidir.

Azərbaycanda qadın hüquqlarının və bərabərliyinin təşviqi, qorunması və nail olmasında boşluqlar var. Bu boşluqlar həlli Hökümət, Milli Məclis, vətəndaş cəmiyyəti təşkilatları, KİV və cinsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının əməkdaşlığı nəticəsində mümkündür.

BMT-nin Azərbaycandakı Nümayəndəliyi Hökümətin Azərbaycanda gender əsaslı zorakılığa qarşı milli fəaliyyət planını həyata keçirmək göstərdiyi cəhdləri dəstəkləyir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəzi təşəbbüslər üzrə BMTİP, UNFPA, BMTQAK, BMT-nin Insan Hüquqları üzrə Ali Komissarlığı və BMqT ilə əməkdaşlıq etmişdır.

Bu ilki Beynəlxalq Gündə BMT bütün əməkdaşlarını sükuta son qoymağı və qadınlar və qız uşaqlarına qarşı zorakılıq gördüyü məqamda hərəkət eləməyə həvəsləndirir. Biz bütün millətləri, o cümlədən Azərbaycanı, qadın və qız uşaqlarına qarşı zorakılığa inklyuziv fəaliyyətə təkan vermək və mövcüd hüquqların səmərəli şəkildə və bütövlükdə həyata keçirilməsi üçün fəaliyyətə çağırırıq.

BMT-nin Baş Katibi demişdir: “Hər millət öz strateqiyasını hazırlamalıdır. Eyni zamanda, bütün ölkələr, mədəniyyətlər və icmalara aid universal bir həqiqət var: qadınlara qarşı zorakılıq heç vaxt qəbul olunmamalı, bağışlanmamalı və buna qarşı tolerantlıq göstərilməməlidir”.

Biz Dövlət Komitəsinin qadınlara qarşı zorakılıq ilə mübarizədə əməkdaşlığı üçün təşəkkür edirik və gələcəkdə bu əməkdaşlığı davam etməyə ümid edirik.

Çox sağ olun!

Aidiyyəti Linklər
UNiTE Haqqında

2008-ci ildə BMT Baş Katibinin Qadınlara qarşı Zorakılığa Son qoymaq üçün əsası qoyulmuş UNiTE Kampaniyasının məqsədi ictimai maarifləndirməni artırmaq və siyasi iradəni yaratmaq, dünyanın hər bir yerində qadınlara və qızlara qarşı zorakılığın hər bir formasının qarşısını almaq və son qoymaq üçün resustrların səfərbər edilməsidir. 

YOX de - BİRLƏŞ Haqqında

YOX de - BİRLƏŞ BMT Baş Katibi sistemi üzrə kampaniyalar, Qadınlara Qarşı Zorakılığa son qoyulması üçün UNiTE Kampaniyasına töfhə verməklə, qadın və qızlara qarşı zorakılığla son qoyulması üçün həyata keçirilən sosial səfərbərlik platformasıdır.