BMT Baş Katibinin Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə Müraciəti

24 oktyabr 2013

Əziz dostlar,


Birləşmiş Millətlər Təşkilatı Günü bu Təşkilatın sülh və ümumi tərəqiyə verdiyi böyük töhfəni tanımaq üçün bir fürsətdir.


Bu gün daha yaxşı dünyaya baxışımızı gerçəkləşdirməkdə daha nələr edə biləcəyimizi düşünmək üçün müvafiq vaxtdır.


Təhlükəsizlik sahəsində qarşımızda duran ən böyük problem Suriyada gedən savaşlardır.


Milyonlarla insan həyatlarının xilası üçün BMT-nin humanitar məsələlərlə məşğul olan heyətindən asılıdır.


BMT ekspertləri Suriyadakı silah ehtiyatının məhv edilməsi üçün Nobel Sülh Mükafatına layiq görülmüş Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatı ilə əl-ələ çalışırlar.


Biz həmçinin kifayət qədər uzun çəkən iztiraba son qoymaq üçün diplomatik həll yoluna təkid edirik.

Ən zəruri inkişaf məsələmiz dayanıqlılığın reallığa çevrilməsidir.


Minilliyin İnkişaf Məqsədləri yoxsulluğu yarıya qədər azaltmışdır.


Hazırda əldə olunan nailiyyəti bu səviyyədə saxlamalı, 2015-ci ildən sonrakı inkişaf çərçivəsini müəyyən etməli və iqlim dəyişikliyi məsələsində anlaşmaya nail olmalıyıq.


Bu il biz yenidən Birləşmiş Millətlər Təşkilatının silahlı münaqişə, insan hüquqları, ətraf mühit və bir çox digər məsələlər üzrə bir araya gəlməsini görürük.


Biz kollektiv fəaliyyətin nələr edə biləcəyini dünyaya göstərməkdə davam edirik. Biz daha çox şeylər edə bilərik.


Qlobal dünyada biz daha da həmrəy olmalıyıq.


Birləşmiş Millətlər Təşkilatı Günündə gəlin təməl ideyalarımıza uyğun yaşamağa söz verək və sülh, inkişaf və insan hüquqları naminə birlikdə çalışaq.