BMT Baş Katibinin Təhlükəsizlik Şurasının kiber-təhlükəsizlik Məsələlərinə dair Model Konfransına Video-Müraciəti

21 oktyabr 2013

Azərbaycan Respublikası Hökumətinin nazirləri,
Azərbaycandakı BMT qurumlarının əməkdaşları,
Gənclər üzrə xüsusi elçim cənab Əhməd Əlhəndavi,
Xanımlar və Cənablar,

BMT-nin Model Konfransında sizləri salamlamaqdan məmnunluq duyuram. 

Təhlükəsizlik Şurasının bütün üzv dövlətlərindən tələbə nümayəndələrin Bakıya gətirilməsi təşəbbüsünüzü alqışlayıram.

Təşkilatçı qurumlar- Azərbaycan Gənclər və İdman Nazirliyi və BMTİP-in Azərbaycan Nümayəndəliyini təbrik edirəm. 

Sizin kiber-təhlükəsizlik məsələlərinə belə diqqət ayırmağınız təqdirəlayiq haldır.

İnformasiya və kommunikasiya texnologiyaları gündəlik həyatımızın bir hissəsini təşkil edir. Onlar səhiyyə və təhsil sahələrində inqilabi yeniliklərin həyata keçirilməsinə yardım edir, iş və həyat tərzimizi dəyişdirir və bizi inkişaf məqsədlərimizə doğru daha da yaxınlaşdırır.  

Lakin kiber hücumlar qlobal miqyasda stabilliyi pozmaq iqtidarında olduğundan,  kiber-təhlükəsizlik məsələləri qlobal narahatlıq doğuran məsələyə çevrilməlidir.

Birləşmiş Millətlər Təşkilatı üzv dövlətlər arasında dialoq və əməkdaşlıq münasibətlərini inkişaf etdirməklə açıq, təhlükəsiz, dinc və əlçatan İKT mühitini təmin etmək niyyətindədir.

İnanıram ki, BMT-nin bu model konfransı kiber cinayətlərlə mübarizə üzrə beynəlxalq standartların inkişaf etdirilməsində real tələblər barədə məlumatlılığın artmasına töhfə verəcəkdir.  

Mən əminəm ki, siz Bakını qloballaşan dünyada BMT-nin rolunu daha yaxşı dərk edərək böyük minnətdarlıq hissi ilə tərk edəcəksiniz.  

Sizə iştirakınıza görə təşəkkür edir, uğurlar arzulayıram.