Rabitə və İnformasiya Texnologiyaları naziri Professor Əli Abbasovun Bakıda keçirilən BMT TŞ Konfransındakı çıxışı

21 oktyabr 2013

image Azərbaycanda təşkil edilən BMT TŞ Konfransının açılış mərasimdə cənab Abbasov çıxıış edərkən.

Bu gün bizim üçün xüsusi və diqqətəlayiq tədbirdə iştirak etmək imkanı yaranmışdır. BMT Təhlükəsizlik Şurasının beynəlxalq model konfransı kiber təhlükəsizlik siyasətinin virtual modelinə həsr edilmişdir. Bu model BMT Təhlükəzilik Şurasının simulyasiya modelidir. Biz kiber təhlükəsizlik problemlərinə həsr edilmiş tədbirdə iştirak edirik.

Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün şərəfdir. Bildiyimiz kimi, informasiya-kommunikasiya texnologiyaları Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Onu da qeyd etməliyik ki, ökəmiz mühüm regional layihələrin təşəbbüskarıdır. Azərbaycan milli, regional və beynəlxalq miqyasda layihələr həyata keçirir. Ölkəmiz həmçinin regional layihələrin həyata keçirilməsini dəstəkləyir.

Vurğulamaq istərdim ki, sentyabrın 5-də BMT Baş Məclisi Azərbaycanın təşəbbüsü əsasında Avrasiya İttifaqı (Avrasiya Rabitə Alyansının - EuraCA) yaradılması və Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikilməsi barədə qətnamə qəbul edib. Bu informasiya-kommunikasiya texnologiyaları sahəsində trans-regional əməkdaşlığın yüksəldiyini əks etdirir, hökumətə həmin sektorun ehtiyac və çətinliklərini daha yaxşı qarşılamağa imkan yaradır, özəl sektorun bu sahəyə marağının artmasına və bu sahədə biliklərin paylaşılmasına səbəb olur. TASİM qərbi Avropadan şərqi Asiyaya kimi uzanan böyük ərazini əhatə edən Avrasiya ölkələrində trans-milli fiber optik xətlərin yaradılmasını nəzərdə tutan mühüm regional layihədir.

Kiber təhlükəsizlik probleminin həlli dünyada mövcud olan qlobal problemlərdən biridir. Son hesablamalara əsasən, dünyada kiber cinayətlərdən dəyən zərər bir trilyon ABŞ dolları məbləğindədir. Bu səbəbdən, kiber məkan istifadəçiləri diqqətli olmalı və qorunmağın yollarını bilməlidirlər. Hal-hazırda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr rəqəmsallaşmağa doğru gedir. Bu ilin sonuna kimi dünyada internet istifadəçilərinin sayı 40%-ə çatacaq. İnkişaf etməkdə olan ölkələrdə isə bu nisbət 31% olacaq. Proqnozlar göstərir ki, 2020-ci ilə kimi internetə qoşulan cihazların sayı 50 milyarda çatacaq. Dünyanın bütün beynəlxalq təşkilatları kiber təhlükəsizlik məsələlərini həll etmək üçün çalışır. Kiber cinayətlər ildən ilə daha böyük təhlükəyə çevrilir.

Kiber cinayətlər nüvə və kimyəvi silah cinayətləri müqayisə oluna bilər. Hal-hazırda beynəlxalq təşkilatlar dünya əhalisinin təhlükəsizliyinin mühümlüyünü anlayır. Bir çox ölkələr texnoloji təhlükəsizliklə bağlı layihələr həyata keçirir. Buna baxmayaraq, dünya təcrübəsi göstərir ki, tamamilə qorunmaq mümkünsüzdür. Dünya iqtisadiyyatları informasiya məkanın təhlükəsizliyi üçün əməkdaşlıq etməlidirlər. Beynəlxalq təşkilat, dövlət, özəl təşkilatlar və tədqiqat mərkəzləri təmsilçiləri arasında əməkdaşlığın artması kiber təhlükəsizliyin güclənməsinə səbəb ola bilər.

Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model konfransı bizim üçün çox böyük əhəmiyyətə malikdir. Bakı bütün dünya ölkələrinə çox mühüm bir mesaj göndərməyə hazırlaşır. Bu vaxta kimi BMT Baş Məclisi kiber təhlükəsizlik barədə 5 qətnamə qəbul edib. Buna baxmayaraq, dünya ictimaiyyəti kiber təhlükəsizlik barədə beynəlxalq proqram qəbul etməyib. Bu beynəlxalq konfrans müddətində biz kiber təhlükəsizlik barədə beynəlxalq proqramın hazırlanması haqda təkliflər hazırlamaq istərdik.

Sizə təşəkkür edirəm və hamınıza uğurlar arzulayıram.