BMT Baş Katibinin Gənclər üzrə Elçisisinin Salamlama Məktubu

20 oktyabr 2013

Hörmətli Azərbaycan hökumətinin nazirləri, BMT-nin ölkə üzrə heyəti, xanımlar və cənablar, əziz BMT Təhlükəsizlik Şurası Modeli Konfransının iştirakçıları,

BMT Baş Katibinin Gənclər üzrə Elçisi olaraq, 21-25 oktyabrda Bakıda keçirilən Azərbaycanın ilk BMT Beynəlxalq Təhlükəsizlik Şurası Modeli Konfransında sizi salamlayan şəxslər sırasında olmaq mənim üçün böyük ehtiram və şərəfdir.

BMT-nin Baş Katibi cənab Ban Ki Mun “Birləş Millətlər Təşkilatı sənsən” deyə tez-tez təkrar edir. Bu ifadəyə, hal-hazırda planetin 1.8 milyard gənc sakini – bəşər tarixində görülən ən böyük gənc nəsil daxildir ki, bu konfransın iştirakçıları olan sizlər də onları təmsil edirsiniz. Önümüzdəki günlərdə siz BMT-nin fəaliyyətini canlandırmaqla yanaşı, bu qlobal təşkilatın gündəlik iş prinsipləri ilə yaxından tanış olmaq üçün unikal təcrübə imkanı qazanacaqsınız.

Mən bu konfransın əsas mövzusunun Kiber təhlükəsizlik olduğuna görə xüsusilə şadam, belə ki, hazırda mövcud olan yüksək onlayn istifadə göstəricisi gələcəkdə daha da artacaqdır. Veb xidmətləri və informasiya və kommunikasiya texnologiyalarına çıxış imkanları artdıqca, təəsüflər olsun ki, kiber cinayət və bununla bağlı digər məsələlərdə də artım müşahidə edirik. Digər tərəfdən isə hər bir kəsin, o cümlədən  təcrid olunmuş gənclərin İKT-ə və təhlükəsiz şəbəkələrə çıxışını təmin etməklə onların innovativ potensialını üzə çıxardıb dəstəkləmək imkanları mövcuddur.

Baş Katib öz ikinci dönəminin beş prioritet sahələrindən biri kimi “gənclərlə və gənclər üçün iş”i qeyd etmişdir. Bu ilin əvvəlindən, Baş Katibin Gənclər üzrə ilk elçisi kimi fəaliyyətə başladıqdan etibarən gənclərlə bağlı məsələlərin qlobal vəkilliyi də daxil olmaqla bir neçə istiqamətdə dünya gənclərinin istəkləri və ehtiyaclarını ictimaiyyətə ünvanlandırmışam. Məhz buna görə də mən istərdim ki siz indi və gələcəkdə mənə öz müttəfiqlərinizdən biri kimi etibar edə biləsiniz. Mən özüm şəxsən Bakıdakı bu BMT Modeli Konfransında iştirak edəcəyəm və hər birinizlə daha yaxından tanış olmağı səbirsizliklə gözləyirəm.

Tezliklə görüşənədək!

Əhməd Əlhəndavi
BMT Baş Katibinin Gənclər üzrə Elçisi