Dövlət Proqramının nəticəyə əsaslanan monitorinqi və qiymətləndirməsi üzrə Təlim Seminarı keçirilmişdir

18 fevral 2013

image Təlim Seminarının iştirakçıları

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında 12 mart 2012-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən 2012 – 2013-cü illərdə “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihə həyata keçirilir.

Layihə çərçivəsində cari ilin 19-21 fevral tarixlərində "JW Marriott Absheron Baku” otelinin “Xırdalan” zalında “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının nəticəyə əsaslanan monitorinqi və qiymətləndirmə strukturunun, habelə göstəricilərinin formalaşdırılması” mövzusunda təlim keçiriləcəkdir.

Təlimin məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və müvafiq dövlət siyasəti proqramları üçün daha effektiv monitorinq və qiymətləndirmə sisteminin yaradılması, AGDP-nin monitorinq bacarıqlarının gücləndirilməsi, həmçinin gənclərin inkişafı və milli səviyyədə qəraların qəbulu və icrasında gənclərin iştirakının daha da artırılmasıdır.

Tədbirdə Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, eyni zamanda bir sıra gənclər təşkilatlarının, İrəli İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ( ATGTİ) nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Əlavə Məlumat üçün

Kəmalə Musayeva, Layihə Meneceri, kamala.musayeva@undp.org