Hökumətlər, biznes və vətəndaş cəmiyyəti Bakıda internet təhlükəsizliyi, ona çıxış və inkişaf məsələlərini müzakirə edəcəklər.

6 noyabr 2012

Transmilli internet idarəçiliyinin qarşısında duran çətinlikləri müzakirə etmək üçün hökumətləri, özəl sektoru, vətəndaş cəmiyyətləri, İnternet icmaları, beynəlxalq təşkilatları və KİV-ləri təmsil edən 100 ölkədən 1500-dən çox nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakı şəhərində 6-9 noyabr 2012-ci il tarixlərində keçiriləcək İnternet İdarəçiliyi Forumunda iştirak edəcəklər.

“Baku Expo Center” Sərgi və Konfrans Mərkəzində keçiriləcək illik toplantının əsas mövzusu “Dayanıqlı İnsan, İqtisadiyyat və Sosial İnkişaf üçün İnternet İdarəçiliyi” –dir. İnkişaf üçün İnternet İdarəçiliyi (İG4D) 2012 İnternet İdarəçiliyi Forumunun gündəliyində duran əsas məsələdir.

Nümayəndə Heyətləri inkişafına dair qlobal internet idarəçiliyi məsələlərinin nümunələri və inkişaf yanaşmalarına internet idarəçiliyinin milli və beynəlxalq səviyyədə necə inteqrasiya olunmasını nəzərdən keçirəcəklər. Bu müzakirələr Əsas İnternet Resurslarının (İPv6) genişlənməsi və istifadəsi, eləcə də İnternetə Çıxış və Müxtəliflik üçün mövcud innovativ siyasətin internetin hamı üçün reallığa çevrilməsi imkanlarının necə təmin edəcəyi məsələləri üzərində cəmləşəcəkdir.

Digər seminarlar əsas siyasət problemləri ilə əlaqəli və İnternet İdarəçiliyi Forumuna xas olan ünsürləri - Təhlükəsizlik, Açıqlıq və Anonimlik məsələlərini nəzərdən keçirəcəklər. Seminarlardan bir neçəsi məlumatların süzülməsi və onların bloklaşdırılmasına qarşı aparılan tədbirlərin təsir nəticəsini müzakirə edəcəkdir. Bu iclas ifadə və innovasiya azadlığının müdafiəsi üzrə keçən ilki müzakirələr əsasında formalaşdırılmışdır. Forum həmçinin 3.0 İnternet dünyasında ənənəvi və yeni media, eləcə də ixtisaslı və mülki jurnalistlərin rolunu müzakirə edəcəkdir.

Bu ilki İnternet İdarəçiliyi Forumunun bəzi müzakirələri intellektual mülkiyyət hüququ və yeni biznes modelləri, açıq məlumat və böhranların idarəçiliyində İnternetdən istifadə yolları kimi Yeni yaranan Məsələlər ətrafında söhbətlər aparacaqdır. Çoxtərəfli tərəfdaşlar modeli, İnternet İdarəçiliyi Forumunun təkamülü, eləcə də milli və regional İnternet İdarəçiliyi Forumunun rolu və xüsusiyyətləri haqqında mıəsələlər Gələcək üçün Nəzərdən keçirilmə və Irəliyə Doğru adlı mövzu çərçivəsində müzakirə ediləcəkdir.

Bu ilki Forumun əsas müzakirə obyekti İnternet İdarəçiliyi sahəsində bacarıqların artırılması olacaqdır. Forum iştirakçıları mövzular arasında həmçinin İnternet idarəçiliyinin çoxşərikli modelinin gücləndirilməsində bacarıqların artırılmasının rolu, xüsusilə inkişaf etməkdə olan ölkələrdən yeni maraqlı tərəfləri cəlb etmək və məlumat vermək üçün bacarıqların inkişafı üçün tədbirlərin həyata keçirilməsinin yeni yollarını müzakirə edəcəklər.

Aidiyyəti linklər

İnternet İdarəçiliyi Forumu haqqında məlumat üçün


Ardı
Bizi İzlə