BMT İP İnsan İnkişafı üzrə Yay Məktəbi təşkil etmişdir

3 sentyabr 2012

file

BAKI şəhəri –3-7 sentyabr 2012 ci il tarixlərində BMT İP “İrşad” oteldə İnsan İnkişafı üzrə İkinci Bakı Yay Məktəbini həyata keçirmişdir. Yay Məktəbi “İnsan İnkişafı Konsepsiyasını tədris və tətbiq etmək üçün təhsil qurumlarının potensialını gücləndirmək ” haqqında iki illik layihənin tərkib hissəsi kimi həyata keçirilmişdir.

BMT İP Rezident Əlaqələndiricisi cənab Fikret Akçura tədbiri açıq elan etmişdir. “Universitetlər tələbələri müəyyən bir ixtisaslaşma sahəsində bilikli versə də, bir vətəndaş kimi həmin tələbələrə cəmiyyətdə baş verən sosial-siyasi hadisələri anlamaq imkanı verən geniş düşüncə modeli lazımdır: İnsan İnkişafı Konsepsiyası isə bu rola çox uyğundur.” – cənab səfir qeyd etmişdir.

Yay Məktəbinin aparıcı təlimçilərinin hər ikisi beş ildən artıq tədris və İnsan İnkişafı Konsepsiyasını təbliğ etmək təcrübəsinə malikdir. Onlar arasında BMT İP-nin Bratislavadakı regional mərkəzinin Sosial inteqrasiya və insan inkişafı üzrə siyasət təhlilçisi Elena xanım Danilova Kros və Özbəkistanda Dünya iqtisadiyyatı və Diplomatiyası unversitetinin mühazirəçisi Laylo xanım Taşpulatova da var idi.

İştirakçılar fakültə üzvləri, mühazirəçilər, tədqiqatçılar, həmçinin dövlət idarələrinin işçi heyəti və ekspertləri, dövlət və özəl universitetlər, beyin mərkəzlərini təmsil edirdilər. Beş günlük intensiv seminar ərzində onlar insan inkişafı prinsipləri, qiymətləndirmə metodologiyası və onun ətraf mühit, yoxsulluq, gender, sosial siyasət, idarəetmə, səhiyyə, təhsil və iqtisadi inkişaf kimi digər ortaq meyarlarla olan əlaqəsi haqqında fəal təlimə cəlb olunmuşdular. İştirakçılar həmçinin Azərbaycanda insan inkişafı yanaşmalarının tətbiqi və uyğunluğunu müzakirə etmiş, seminar materiallarını sonrakı təlim və tədqiqat fəaliyyətlərində necə istifadə edəcəklərini işləyib hazırlamışdılar.

BMT İP və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “İnsan inkişafı konsepsiyasını tədris və tətbiq etmək üçün təhsil qurumlarının potensialını gücləndirmək” adlı layihəni birgə həyata keçirmək üçün əməkdaşlıq etmişlər.Layihənin əsas məqsədi aparıcı akademik qurumları, tədqiqat mərkəzlərini, KİV-i və Azərbaycan siyasətçiləri də daxil olmaqla cəmiyyətdə dayanıqlı insan inkişafı konsepsiya və prinsiplərini təkmilləşdirməkdir.Layihə insan inkişafı yanaşmalarının tədrisi üzərində dayanmaqla yanaşı güclü Azərbaycan insan inkişafı konsepsiyasına inteqrasiyası məqsədini də daşıyır.