Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və BMT İP Daşqınların İdarəçiliyi Layihəsinə başlamışdır.

1 avgust 2012

image

Bakı şəhəri - BMT İP və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 1 avqust 2012 ci il tarixində Bakıda “Qafqaz Point” otelində layihənin təqdimat seminarı təşkil etmişdir. Layihə çərçivəsində “Böyük Qafqaz regionunda müdafiəsiz dağ icmaları tərəfindən iqlim dəyişikliyi risklərinin su və daşqın idarəetməsinə inteqrasiya edilməsi” haqqında ilk tədbir keçirilmişdir.

Təqdimat seminarının məqsədi layihənin milli prioritetlərə uyğunluğunu təsdiq etmək, layihə strategiyasını nəzərdən keçirmək və onun hədəf və məqsədlərinə ən səmərəli yolla nail olması üçün istənilən lazimi dəyişikliklərin müzakirəsi idi.

Nazir Müavini öz açılış nitqində daşqınlar fiziki mülkiyyətə zərər verməsi, məhsul və heyvandarlığı məhv etməsi və insanların təhlükəsizliyi üçün təhdid olmasını qeyd etmişdir: “Hökümət daşqınla bağlı risklərin azaldılması üçün görüləcək tədbirlərə fikir verir və fövqəladə halların qarşısını almaq üçün su problemləri ilə məşğul olan yeni qurumun yaradılması da buna sübutdur.”

BMT İP Rezident Nümayəndəsinin müavini Nato xanım Alhazişvili öz açılış məruzəsində qeyd etmişdir : “Azərbaycanın Böyük Qafqaz regionundakı bir çox icmaları xüsusən də dağlıq əraziləri iqlimlə bağlı daşqınlar və su basma təhlükəsi altındadır: İqlim dəyişikliyi daşqınlar və su basmaları daha da artıraraq onlarla mübarizə aparmaq potensialını çətinləşdirir”. “Biz ümid edirik ki yeni layihə iqlim dəyişikliyi təsirlərinə fəal uyğunlaşmanı dəstəkləyəcək və bu icmaların həssaslığını azaltmağa kömək edəcək”.

Bratislava Regional Mərkəzindən BMT İP və Qlobal Mühit Fondunun Məsləhətçisi Keti xanım Çaçibaya qeyd etmişdir ki, Azərbaycan ən həssas ölkələr arasında olmasa da, onun su idarəçiliyi üçün mövcud qanunvericilik və siyasət çərçivəsi, iqlim dəyişikliyinə cavab vermək , eləcə də su və daşqın idarəçiliyini təkmilləşdirmək üçün yetəri qədər çevik deyildir. Layihə qanunvericilik və siyasət səviyyəsində idarəçilik çərçivəsinə uyğun qurumların potensialını gücləndirmə və icmaların su və daşqın idarəetməsində fəal iştirakını artırmaq üçün həyata keçiriləcəkdir.

Seminar boyunca milli ekspertlər layihə məqsədləri və fəaliyyət və tədbirlərin həyata keçirilməsi və Qlobal Mühit Fondunun tələbləri ilə uyğunluğu haqqında təqdimatlar keçirmişdilər. Müvafiq ictimai qurumlardan ekspert nümayəndələri canlı söhbətlərinə davam etmiş və layihənin dəyişkən yerli vəziyyətə dayanıqlılığını təmin etmək üçün təklif olunan bir sıra dəyişiklik təkliflərini müzakirə etmişdirlər.