Xəbər Mərkəzi

Filter
Showing 1 - 20 of 45
  • 3 Aprelin 2014
    Konni Britton BMT-nin İnkişaf Proqramının yeni Xoşməramlı Səfiri təyin edilmişdir

    Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) yoxsulluğun azaldılması və qadınların səlahiyyətləndirilməsi sahəsində fəaliyyətinə görə amerikan aktyoru Konni Brittonu yeni Xoşməramlı Səfir təyin etmişdir.

  • 1 Aprelin 2014
    Gənclər Siyasəti üzrə Qlobal Forum Azərbaycanda keçiriləcəkdir

    2014-cü ilin 26 mart tarixində BMT Baş Katibinin Gənclər üzrə elçisi Əhməd Əlhəndavi və Azərbaycan Respublikası gənclər və idman naziri cənab Azad Rəhimov hökumət səviyyəsində 700-dən çox nazir, mütəxəssis və gənclər təşkilatlarının iştirakı ilə bu ilin oktyabrın 28-dən 30-a kimi Bakıda keçiriləcək beynəlxalq toplantı - ''Gənclər Siyasəti üzrə Qlobal Forum''un keçirilməsi barədə məlumat vermişdir.

  • 6 Mar 2014
    2015-ci ildən sonrakı mərhələ: qlobal danışıqlar yeni müzakirələrlə davam edir

    Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı da daxil olmaqla, 32 BMT fond ve proqramlarını özündə birləşdirən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupu 2015-ci ildən sonrakı inkişaf çərçivəsinin həyata keçirilməsi üzrə müzakirələrə ilkin olaraq 50 ölkənin itirakı üçün öz planını açıqladı.

  • 7 Fevral 2014
    Rezident Nümayəndənin III Vergi Forumundakı çıxışı

    İlk öncə, Birləşmiş Millətlər Təşkilatı adından Azərbaycan Respublikası vergi sistemi əməkdaşlarının peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir və bizim Azərbaycanda vergi sistemi kimi mühüm məsələləri müzakirə etməyə imkan yaradan bu forumun təşkilatçılarına etiramımı bildirirəm.

  • 8 Yanvar 2014
    BMT İnkişaf Proqramı Azərbaycanda ilk dəfə BMT Təhlükəsizlik Şurası Model Konfransı keçirmişdir

    Azerbaijan’s first International Model UN Security Council Conference held on 21-25 October was organized within the joint project "Youth Participation in Decision Making and Policy Implementation" between the Ministry of Youth and Sports of the Republic of Azerbaijan and UNDP Azerbaijan. This was a time when the Republic of Azerbaijan chaired the United Nations Security Council as a result of election a non-permanent member of the Council. A four-day conference brought together 45 university students and graduates of 15 states currently serving as members of the UN Security Council including Azerbaijan.

  • 25 Noyabr 2013
    Qadınlara qarşı zorakılıq qəbuledilməz və qarşısının alınması mümkündür.

    Hər il ən azı 2 milyon qadın və qız fahişəliyə, məcburi köləliyə təhrik edilir. Qadınların 60%-ə qədəri həyatları zamanı bu və ya digər müəyyən formada fiziki və ya cinsi sui-istifadəyə məruz qalır.

  • 25 Noyabr 2013
    16 Günlük Fəaliyyət Aksiyası ilə bağlı tədbirdə cənab Brukun çıxışı

    Bugün Beynəlxalq Qadınlara Qarşı Zorakılığn Aradan Qaldırılması Gününü qeyd etmək və Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Aksiyasına başlamaq üçün sizinlə bir yerdə olmağım mənim üçün bir şərəfdir. Bu 16 gün qadınlara qarşı zorakılığı aradan qaldırmaq və onun ləğv edilməsi vədlərini yerinə yetirmək üçün siyasət və proqramları tərtib etmək kimi məqsədlərin güdülməsində dünya qadınları ilə həmrəylik nümayiş etdiriləcəkdir.

  • 25 Noyabr 2013
    Rezident Nümayəndənin Turizm Təhsil-Təlim Mərkəzinin Açılış Mərasimindəki çıxışı

    Hörmətli nazir Qarayev, əziz tələbələr, möhtərəm qonaqlar, xanımlar və cənablar, Mən Bakı Turizm peşə məktəbinin təhsil-təlim mərkəzinin açılış mərasimində sizinlə bir yerdə olmağıma çox şadam. Bu tədbirin mənim üçün xüsusi bir önəmi var, çünki mən burada iki rolda iştirak edirəm: həm bu məktəbin qurulmasına Hökümətlə yanaşı töhfə verən donor təşkilatının nümayəndəsi, həm də xarici vətəndaş olaraq gələcəkdə bu layihədən bəhrələnən bir şəxs və məktəbin gələcək məzunlarının müştərisi kimi.

  • 24 Oktyabr 2013
    BMT Rezident Əlaqələndiricisi cənab Antonius Brukun BMT Gününə həsr edilmiş dəyirmi masadakı çıxışı

    Bu xüsusi gündə insan hüquqları sahəsində aparıcı təmsilçiləri bir araya gətirən dəyirmi masa iştirakçılarını salamlayıram. Bu gün qeyd etdiyimiz 24 oktyabr BMT gününü biz 1948 ci ildən bəri keçiririk və maraqlısı da budur ki, məhz bu gün Azərbaycanın da BMT Təhlükəsizlik Şurasına seçildiyi gündür. Bir sıra sahələrdə həqiqətən uğurla həyata keçirilmiş BMT-nin işi, rolu və nailiyyətlərini vurğulamaq; məsələn MİM-lərə nail olunması, gender bərabərliyi, HİV-ə qarşı mübarizə, sağlamlıq və təhsilin inkişaf etdirilməsi və xüsusilə də, demokratiya və insan hüquları sahəsində.

  • 24 Oktyabr 2013
    BMT Baş Katibinin Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə Müraciəti

    Əziz dostlar, Birləşmiş Millətlər Təşkilatı Günü bu Təşkilatın sülh və ümumi tərəqiyə verdiyi böyük töhfəni tanımaq üçün bir fürsətdir. Bu gün daha yaxşı dünyaya baxışımızı gerçəkləşdirməkdə daha nələr edə biləcəyimizi düşünmək üçün müvafiq vaxtdır. Təhlükəsizlik sahəsində qarşımızda duran ən böyük problem Suriyada gedən savaşlardır

  • 23 Oktyabr 2013
    BMT TŞ Model Konfransı birgə layihənin uğurla həyata keçirildiyini təsdiq edir

    Bakıda təşkil edilən Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransı öz işini davam etdirir. İki günlük konfrans öncəsi təlim seminarından sonra iştirakçılar bugün Azərbaycan Diplomatik Akademiyasında Təhlükəsizlik Şurasının simulyasiyasını həyata keçirmək üçün rol oyununa start vermişlər.

  • 21 Oktyabr 2013
    Rabitə və İnformasiya Texnologiyaları naziri Professor Əli Abbasovun Bakıda keçirilən BMT TŞ Konfransındakı çıxışı

    Bu gün bizim üçün xüsusi və diqqətəlayiq tədbirdə iştirak etmək imkanı yaranmışdır. BMT Təhlükəsizlik Şurasının beynəlxalq model konfransı kiber təhlükəsizlik siyasətinin virtual modelinə həsr edilmişdir. Bu model BMT Təhlükəzilik Şurasının simulyasiya modelidir. Biz kiber təhlükəsizlik problemlərinə həsr edilmiş tədbirdə iştirak edirik.

  • 21 Oktyabr 2013
    BMT Təhlükəsizlik Şurası Model Konfransının rəsmi açılış mərasimi keçirilmişdir

    Bugün Bakıda təşkil edilən BMT Təhlükəsizlik Şurası Model Konfransının rəsmi açılış mərasimi keçirilmişdir. Mərasim konfrans iştirakçılarının Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarəti ilə başlamış, sonradan “Four Season” otelində davam etdirilmişdir.

  • 21 Oktyabr 2013
    BMT Baş Katibinin Təhlükəsizlik Şurasının kiber-təhlükəsizlik Məsələlərinə dair Model Konfransına Video-Müraciəti

    Azərbaycan Respublikası Hökumətinin nazirləri, Azərbaycandakı BMT qurumlarının əməkdaşları, Gənclər üzrə xüsusi elçim cənab Əhməd Əlhəndavi, Xanımlar və Cənablar! BMT-nin Model Konfransında sizləri salamlamaqdan məmnunluq duyuram. Təhlükəsizlik Şurasının bütün üzv dövlətlərindən tələbə nümayəndələrin Bakıya gətirilməsi təşəbbüsünüzü alqışlayıram.

  • 21 Oktyabr 2013
    Cənab Brukun kiber-təhlükəsizlik üzrə Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransındakı nitqi

    Hörmətli Nazirlər, Zati-aliləri, BMT-nin Gənclər üzrə Xüsusi Təmsilçisi, möhtərəm qonaqlar, gənc nümayəndələr, mətbuatın dostları, Sizi, ilk dəfə olaraq Azərbaycanda BMT Təhlükəsizlik Şurasının 15 daimi və müvəqqəti üzv ölkəsindən gəncləri bir araya gətirən Beynəlxalq BMT Təhlükəsizlik Şurası Model Konfransında salamlayıram.

  • 21 Oktyabr 2013
    Gənclər və İdman naziri cənab Azad Rəhimovun BMT Təhlükəsizlik Şurası Model Konfransındakı çıxışı

    Möhtərəm BMT Baş Katibinin Gənclər üzrə Təmsilçisi, Hörmətli Nazirlər, Əziz qonaqlar və Bakıda ilk dəfə olaraq keçirilən BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya konfransının iştirakçıları! BMT Təhlükəsizlik Şurasının ''Kiber Təhlükəsizliyə'' həsr olunmuş Model Konfrasına ev sahibliyi etməkdən və hamınızı burada salamlamaqdan şərəf duyuruq.

  • 20 Oktyabr 2013
    BMT Baş Katibinin Gənclər üzrə Elçisisinin Salamlama Məktubu

    Hörmətli Azərbaycan hökumətinin nazirləri, BMT-nin ölkə üzrə heyəti, xanımlar və cənablar, əziz BMT Təhlükəsizlik Şurası Modeli Konfransının iştirakçıları, BMT Baş Katibinin Gənclər üzrə Elçisi olaraq, 21-25 oktyabrda Bakıda keçirilən Azərbaycanın ilk BMT Beynəlxalq Təhlükəsizlik Şurası Modeli Konfransında sizi salamlayan şəxslər sırasında olmaq mənim üçün böyük ehtiram və şərəfdir.

  • 27 Sentyabr 2013
    Türkiyə Hökuməti və BMTİP arasında İstanbulda Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosunun yaradılmasına dair saziş imzalanmışdır

    Bugün Baş Assambleyanın Yüksək səviyyəli səlahiyyəti çərçivəsində, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark və Türkiyənin Xarici İşlər naziri cənab Əhməd Davudoğlu İstanbulda BMTİP-nin Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosunun yaradılmasına dair Anlaşma Memorandumu imzalamışlar.

  • 23 Sentyabr 2013
    Bakıda BMT-nin Gənclər üzrə bir neçə tədbiri keçiriləcəkdir

    Nümayəndə heyəti ilk olaraq BMT-nin İctimai Əlaqələr və İctimai İnformasiya üzrə Baş Katib müavini cənab Peter Launski-Tieffental ilə görüşmüşdür. Görüşdə BMT-nin Gənclər Forumunun gələn il Bakıda keçirilməsi təşəbbüsü bəyənilmiş və BMT-nin Baş Katibinin də tədbirdə iştirak edəcəyi xüsusi olaraq vurğulanmışdır. Gənclər Forumu elm, texnologiya, innovasiya və mədəniyyət əsaslı qlobal və dayanıqlı inkişafın mümkün təşviqi yolları və vasitələrin tapılması prosesində gənclərin iştirakı üçün bir platformadır.

  • 14 Sentyabr 2013
    Rezident Nümayəndənin Gənclər Təşkilatlarının 1-ci Milli Konqresindəki çıxışı

    BMT olaraq, biz Azərbaycan hökumətinin gənclərin çağırışına cavab vermək və ölkənin gənclərini və gənclər təşkilatlarını Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi inkişafına fəal cəlb etmək təşəbbüsünü alqışlayırıq. Gənclər gələcəyi təmsil edir və inkişafın arxasındakı əsas hərəkətverici qüvvədir, onların ölkənin artımının bütün aspektlərində fəal iştirakı şübhəsizdir.