Qadınlara Səlahiyyətin Verilməsi

Qısa Məlumat

BMT-nin İnkişaf Proqramı iqtisadi və sosial həyatda iştirak etmək üçün qadınlara imkanların yaradılması üzrə gender proqramlarını dəstəkləyir və hökumət agentliklərinin gender yönlü siyasət formalaşdırmaqda bacarıqları inkişaf etdirir. Proqramın tərkib hissəsi kimi BMT-nin İnkişaf Proqramı qadın hüquqlarının tam bərqərar olunmasına maneə yaradan stereotip və sosial mədəni adət-ənənənin qırılması üçün maarifləndimə kampaniyaları təşkil edir. Bundan əlavə, BMT-nin İnkişaf Proqramı qadınların xüsusi ehtiyaclarının müəyyən edilməsi və onların həlli yollarını hökumətə məsləhət verməsi üçün öz tədqiqatlarında gender ölçü və amillərini daxil edir. Ardı

Məqsədlərimiz

BMT-nin İnkişaf Proqramı rayon və kənd yerlərinə üstünlük verməklə qadınların iqtisadi, sosial və siyasi həyatda iştirakını təmin edən şəraitin yaradılmasına dəstəyini əsirgəmir. Hökumətlə birlikdə bizim məqsədimiz 3-cü MİM olan Gender Bərabərliyinin Təşviqi və Qadınlara Səlahiyyətin Verilməsinə nail olmaq və Azərbaycanın Qadınlara Qarşı Ayrı-Seçkiliyin Ləğvi üzrə BMT Konvesiyasında öhdəliklərini yerinə yetirməkdir. Ardı

image
Kənd qadını

Kənd və rayon yerlərində yaşayan qadınıar bazara daha təkmil çıxışa malik olmadırlar. (Şəkil: Qreg Skehan). Ardı

Layihələr və Təşəbbüslər

market seller

Rayon və kənd yerlərində yaşayan qadınlara səlahiyyətin verilməsi

Azərbaycan demək olar ki, bütün qadınların hüquqlarının qorunması ilə bağlı mühüm beynəlxalq sənədləri təsdiqləmişdir. Lakin, Azərbaycanda digər bir çox ölkələrdəki kimi qanunvericiliklə onların həyata keçirilməsi arasında boşluqlar mövcuddur. BMT-nin İnkişaf Proqramı kənd və rayon yerlərinə üstünlük verilməklə iqtisadi və icma həyatında qadınların iştirakının gücləndirilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq edir, eləcə də dlillərə əsaslanan siyasətin yaradılması üçün keyfiyyətli məlumat bazalarının yaradılmasında Komitə heyətinin bacarıqlarının artırılmasına yardım edir. Ardı

Gender Tədqiqatların Dəstək Verilməsi

Bu layihə vasitəsi ilə BMT-nin İnkişaf Proqramı Dövlət Pedaqoji Universitetinin müəllim və tələbə heyətinin tədqiqat bacarıqlarının arıtılması üzərində işləyir. Təlimlərin başa vurulması nəticəsində onlar ənənəvi gender stereotipləri və təhsil sistemindəki baxışlara dayişilməsində elçi kimi fəaliyyət göstərərcəklər. Layihə həmçinin Beynəlxalq Miqrasiya Təşkiları ilə atılmış qadınlar, miqrantların həyat yoldaşlarının daxil olduğu bu növ əhali qrupuna aid yeni layihənin yaradılmasında istifadə olunacaq birgə tədqiqat da həyata keçirmişdir. Ardı

Bütün Layihələrə Bax