Bərk Tullantıların İdarəçiliyi: Daha Təmiz, Təhlükəsiz, Yaşıl!


İsmayıllıda adam başına düşən tullantı üzrə sorğu (Şəkil: Allison Kvesell)

Azərbaycana keçmiş Sovet İttifaqından zəif tullantı idarəçiliyi təcrübəsi miras qalmışdır. İttifaq dağıldıqdan sonra idarəçilik sisteminin dağılması və xaotik tullantı icracı, tullantıların toplanması və emal edilməsi prosesində nizamsızlıq yaranmışdır. Ölkədə bərk tullantıların idarəçiliyi şəraiti haqqında heç bir etibarlı məlumat yox idi: tullantıların əmələgəlmə dərəcələri və kəmiyyəti, tullantıların toplanması səmərəliliyi, xarakteri və tərkibi haqqında əsas məlumat demək olar ki, yox idi. Bu cür etibarli və ya real məlumatlar olmadan xidmətlərin inkişafını planlaşdırmaq mümkün olmaz.

2009-cu ildə BMT-nin İnkişaf Proqramı Azərbaycan Hökumətinə bərk tullantılann idarəçiliyi üzrə milli sisteminin təkmilləşdirilməsində yardım etməyə başladı. BMT-nin İnkişaf Proqramı hələ on il əvvəl Azərbaycan kimi eyni problemlə üzləşən və hazırda qənirsizliyə misal kimi göstərilən Çexiya Respublikası kimi ölkələrəndən ən yaxşı beynəlxalq təcrübəni gətirdi.

Əsas Məqamlar

  • Bakıda, İsmayıllıda və Şəkidə ilk dəfə olaraq adam başına düşən tullantıların əmələgəlmə həcminin hesablanması üzrə tədqiqatlar aparıldı. Tədqiqatın nəticələri və verilən məsləhətlər hazırkı bərk tullantı idarəçiliyi təcrübəsinin zənginləşdirilməsi və yeni bərk tullantı idarəçiliyi siyasətinin formalaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi ilə bölüşüldü.
  • Ölkədə bərk tullantıların kəmiyyəti və tərkibi üzrə məlumatların toplanması üçün Məlumat Bazası yaradıldı. Bu nailiyyətlər hazırki bərk tullantılar idarəçiliyi siyasətinin tətbiqinin qiymətləndirilməsidə dəyərli vasitə kimi alqışlandı.
  • Layihə bərk tullantıların Azaldılması, Resikli və Yenidən istifadəsi üzrə Milli Strategiyanın inkişaf etdirilməsinə yardım etdi.
  • Nazirlər Kabinetinin bərk tullantıların idarəçiliyi üçün yandırılma, torpaqların paylanması və sanitariya qaydaları haqqında müxtəlif normativ sənədlərinə əlavə və dəyişikliklər təklif edildi.
  • İsmayıllı rayonunda pilot layihə keçirilməklə plastik tullantıların resikli həyata keçirildi və nəticədə bu təcrübə başqa rayonlarda da təkrar olunmağa başlandı.

İlk qarşıya qoyulan məqsəd hazırkı vəziyyətin aydınlaşdırılması və bütün ölkə ərazisində bərk tullantı idarəçiliyində təkmilləşdirmə işində ilkin addımlarn atılması üçün dövlətin siyasi çərçivəsinin yaradılması idi. Şəhər icra hakimiyyətləri, komunnal xidmətlər, QHT-lər, məktəb və vətəndaşların iştirakı ilə Bakı, İsmayıllı və Şəki şəhərlərində adam başına düşən tullantıların əmələgəlmə həcminin muəyən edilməsi üçün sorğular keçirilməyə başlandı. Bu layihə həmçinin tullantı sahələrinin əlaqələndirilməsi, hər tərəfdə toplanan tullantı, onların artım sürəti, şəhər və məskunlaşma sahələrindən məsafəsi və s. də daxil olmaqla, ölkə ərazisində bərk tullantı üzrə məlumat bazasının yaradılmasına yardım etdi. Bərk tullantıların inventarizasiyası (basdırılması) prosesi hazırlandı və ölkə ərazisində 50 dairədə laboratoriya analizləri aparılmağa başlandı. Bu məqamda əsas mərhələ Azaltma, Resikl və Yenidən istifadə strategiyasına (RRR) uyğun siyasətin müəyyən edilməsi üçün adam başına düşən tullantı yaranma həcmi və tullantıların tərkibinin tətqiqatı idi.

Hazırda bu sorğunun nəticələri və hazırlanmış məlumat bazası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi tərəfindən bərk tullantıların idarəçiliyi strategiyasının hazırlanması üçün istifadə olunur. Bu layihə həmçinin bərk tullantıların Azaldılması, Resikli və Yenidən istifadəsi üzrə Milli Strategiyanın inkişaf etdilrilməsinə və Nazirlər Kabinetinin bərk tullantıların idarəçiliyi üçün yandırılma, torpaqların paylanması və sanitariya qaydaları haqqında müxtəlif normativ sənədlərə əlavə və dəyişikliklərin edilməsinə yardım etdi.

Ən az parçalanan bioloji maddələrdən biri olan müxtəlif növ plastik tullantıların resikli və emal olunmasının praktik üstünlüklərini nümayiş etdirmək üçün İsmayıllıda pilot layihə həyata keçirilmişdir. Bugün İsmayıllı bələdiyyəsi plastik tullantıların icmalardan təmizlənərək toplanması nəticəsində daha təmiz mühitə və yaxşılaşdırılmış həyat şəraitinə malikdir və bu tullantıların elektrik, tikinti və irriqasiya və ya digər bazar üçün faydalı məhsulların hazırlanması məqsədilə plaktik şlanqlara resikl edilməsi nəticəsində yeni iş yerləri yaradılmışdır. Təmizləmə işləri nəticəsində yeni torpaq sahələrinin yaranması və zibilxana sahələrinin müəyyən edilməsi icma üzvləri üçün yeni kənd təsərrüfatı imkanları yaratmış oldu.

BMT-nin İnkişaf Proqramı bərk tullantıların problemləri və yaşıllaşdırma təcrübəsi haqqında ictimaiyyəti məlumatlandırmaq üçün layihənin həyata keçirildiyi yerlərdə maarifləndirmə kampaniyaları da həyata keçirmişdir.

İsmayıllı İcra hakiminin birinci müavini cənab Rövşən Ağayev yeni tamamlanmış layihənin mövzusu haqqında fikrini bildirərkən demişdir: “Tonlarla plastik tullantılar istifadəyə yararlı əşyalara çevrilir; bu həmin işə cəlb olunmuş bir çox insanlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bu layihə beynəlxalq təşkilatlarla, mərkəzi və yerli orqanların əməkdaşlığının nə qədər uğurlu ola bildiyini nümayiş etdirir!”