Vətəndaşlara Xidmət üçün İxtisaslaşmış Dövlət Qulluğunun Yaradılması

Shola Akbarova
Şölə Əkbərova yeni işə qəbul sistemindən yararlananlar arasındadır

Azərbaycan hidrokarbon ehtiyatlardan əldə olunan gəlir hesabına 2003-2008-ci illər ərzində iqtisadi artımın yüksək səviyyəsini yaşadı. Yeni sərmayələrin yatırılması Azərbaycanın yeni iqtisadiyyatına infrastruktur xidmətləri və sosial siyasət sahəsində yeni vədlər verməklə yanaşı ölkədə həmçinin iqtisadi inkişaf və yoxsulluğun qarşısının alınmasında iqtisadi gəlirlərin səmərəli istifadəsində həlledici rol oynayan yaxşı idarəçilik və vətəndaşlara xidmət islahatlarını labüd etmişdir. Bu baxımdan ölkənin qarşısında duran əsas problemlərdən biri dövlət qulluğunun genişlənən resurslarını idarə etmək və Azərbaycan xalqına müvafiq xidmətləri göstərə bilmək səlahiyyət və peşəsinə malik heyətdən ibarət olması idi.

BMT-nin İnkişaf Prpoqramı islahatların aparılması və dövlət qulluğu işinin keyfiyyətini və performansını yüksəltmək üçün 2005-ci ildən yaradılmış Dövlət Qulluğu Komissiyasına yardım edir. BMTİP-nin koməyi ilə Dövlət Qulluğu Komissiyası dövlət qulluğu sahəsində, dövlət qulluğuna vahid qəbul olunma prosesində müsabiqəli və şəffaf sistemin yaradılmasında, dövlət qulluqçularının təkmilləşdirilməsi və ixtisasartırması sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında mühüm nəticələr əldə etmişdir.

Əsas Məqamlar

  • Dövlət Qulluğu Komissiyası tərəfindən həyata keçirilən cari işə qəbul siyasətinin əsas məqsədi Azərbaycan vətəndaşlarının dövlət qulluğuna müasir və şəffaf proses çərçivəsində seçilməsidir. Bu proses dövlət inzibatçılığı sisteminin ədalətli və obyektiv olmasına ictimai əminliyi əhəmiyyətli dərəcədə artırmışdır.
  • Ümumilikdə, 28 070 dövlət qulluğunda çalışmaq üçün ərizə qəbul edilmiş və müsabiqəli seçim prosesi vasitəsilə 1585 namizəd müxtəlif hökumət institutlarında vəzifələrə təyin edilmişdir.
  • Dövlət və yerli icra orqanlarını təmsil edən 1300 dövlət qulluqçusu ölkədə və xaricdə təlim kursları və tədbirlərində iştirak etmişdir.
  • Dövlət orqanlarında qadınların iştirak etməsi üzrə cinsi fərdi statistikanın toplanması və tədqiq edilməsi adi və adəti hala çevrilmişdir.

Dövlət qulluğu islahatlarınn həyata keçirilməsində ən böyük uğur Dövlət Qulluğu Komissiyası tərəfindən vahid idarə olunan müsabiqəli, şəffaf və bərabər imkanlar yaradan imtahanların təqdimatı olmuşdur. İlk dəfə olaraq aydın iş təsviri ilə birlikdə vakansiyalar ictimaiyyətə açıqlanmışdır. Test imtahanlarına insan müdaxiləsini azaltmaq və şəffaflığı təmin etmək üçün imtahanlar komputerləşdirilmişdir. Layihənin dəstəyi ilə Komissiya üçün hüquqi aktlara, iş qəbuluna, tender elanına və s. haqqında məlumatlara çıxış əldə etmək üçün çoxfunksiyalı portal yaradılmışdır. Komissiya həmçinin SMS və email vasitəsilə iş yerlərinə müraciət, test imtahanına dəvət, onların nəticəsi və digər bu kimi e-xidmətləri vətəndaşlara təqdim edir.

BMTİP və Komissiyanın bu birgə layihəsi əsasında 1300-dən çox dövlət və yerli icra orqanları dövlət qulluğunda insan resursları mövzusundan tutmuş dövlət qulluğu idarəçiliyində ən yaxşı beynəlxalq təcrübələr mövzusuna qədər bütün sahələrdə həm ölkədə, həm də xaricdə təşkil olunan təlimlərdən yararlanmışdırlar. Dövlət Qulluğu Komissiyası əməkdaşları dövlət idarəçiliyi agentlikləri ilə əlaqələri yaratmaq üçün Cənubi Koreya, Kanada, Fransa, İrlandiya və başqa ölkələrə səfərlər etmişlər. Azərbaycanın Dövlət Qulluğunu əhatəli öyrənərkən BMTİP və Dövlət Qulluğu Komissiyası dövlət qulluğu islahatlarını nəzərə almış, onun milli inkişaf məqsədlərinə nail olmasının səmərəliliyini və faydalılığını tədqiq etmiş, təkmilləşdirilməsi üçün gələcək sahələri müəyyən etmişdir. Dövlət qulluğunda daha şəffaf və məsuliyyətli mühit yaratmaq üçün bütün hökumət agentliklərində dövlət qulluqçularının iş qabiliyyətinin qiymətləndirilməsi haqqında yeni qüvvəyə minmiş qaydalar həyata keçirilir.

BMTİP və Dövlət Qulluğu Komissiyası həmçinin dövlət qulluğuna işə qəbul zamanı gender bərabərliyinin təmin olunmasını prioritet etmiş və nəticədə qadınların dövlət qulluğunda sayını artırmışdırlar. Sənəd verənlərin arasında qadınların sayı 2009-cu ildə 584-dən (və ya sənəd verənlərin 24.7 %-i) 2011-ci ildə əksəriyyəti (2011-ci ildə qadın sənəd verənlərin 74.4%) dövlət orqanlarında yüksək vəzifəli vakansiyalara sənəd verməklə 1.496-a çatmışdır.

İslahatlar həyat keçirilməyə başlayanda Şölə Əkbərova ATƏT-in Bakı Ofisində gənc hüquqşünas kimi fəaliyyətə başlamışdır. “Dövlət qulluğuna işə qəbul prosesi dəyişdiyindən mən Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İnsan Resursları Departamentinə sənəd verməyi qərara aldım” – o demişdir. Hazırda Şölə həmin departamentin rəhbəri vəzifəsində çalışır və onun bu uğur hekayəsi dövlət qulluğu islahatlarından yararlanan digər müvəffəqiyyətli gənc qulluqçuların taleyindən xəbər verir.

Son illərdə Dövlət Qulluğu Komissiyası BMT İP birgə əməkdaşlığı sayəsində yeni yaranmış dövlət strukturundan ölkə səviyyəsində dövlət qulluğu islahatları aparan güclü instituta çevrilmişdir. Komissiya dövlət qulluğu siyasəti hazırlanmasında, müsabiqəli, şəffaf və bərabər imkanlar yaradan meritokratik qəbul prosesi və dövlət qulluqçularına təkmilləşdirilməsi və ixtisas artırılması sahəsində müsbət nəticələr əldə etmişdir. Bugün Dövlət Qulluğu məsələləri üzrə Komissiya dövlət qulluğunun məsuliyyətliliyini və etik davranış qaydalarının inkişaf etdirilməsini davam etdirir. Dövlət qulluğuna gənc sənəd verənlərin sayının günü gündən artması ümumilikdə ictimai xidmət sahəsinə vətəndaşların inamı və marağının artmasından xəbər verir.

Related Links
View More
Related News