Aztəminatlı Əhalini müdafiə etmək və onlara xidmət göstərmək üçün Pensiya İslahatları

pension reform
Qadın plastik kartdan pensiyasını çıxarır. Bakı şəhəri, Azərbaycan.

Müstəqilliyin birinci illərində Azərbaycan ciddi iqtisadi böhranla üzləşmişdir. Bu xüsusilə əlilləri, yaşlıları, məcburi köçkünləri və tənha anaları həssas vəziyyətdə qoyaraq Sovet dövründən qorunub saxlanan sosial təhlükəsizlik şəbəkəsinin dağılması ilə nəticələnmişdir. Dünya Bankının 1995-1996-cı il hesablamalarına görə Azərbaycanda əhalinin 60%-i yoxsul vəziyyətdə yaşayırdı.

Bakı sakini Arzu İbadzadə o günləri xatırlayarkən : “Biri əlil olmaqla beş uşaqla hər hansı sosial yardım olmadan yaşamaq çox çətin idi. Mən işləyə bilmirdim, ona görə də çətin vəziyyətdə yaşayırdım”.

Əsas Məqamlar

  • Əsas nailiyyətlərə İKT sistemlərinin inkişafı ilə əlaqədar daha yüksək məhsuldarlıq, təkmilləşdirilmiş müştəri xidmətləri və pensiya fondu işçilərinin razılığını artırmaq daxildir.
  • Azərbaycanda hazırkı orta pensiya məbləği aylıq 151 dollardan çoxdur və 1.9 milyon işçi müasir sosial sığorta kartı əldə etmişdir.
  • 97.4 faizdən çox pensiya ödənişləri indi bankçılıq sistemi ilə onlayn ödənilir. Bu səviyyəyə dünyada ancaq bir neçə ölkəsi nail olmuşdur

Hökumət yaşlılar və digər qrup müdafiəsiz insanların sosial təminatı üçün təcili müvafiq siyasi tədbirlər həyata keçirməyi lazım gördü. Pensiya idarəçiliyi tamamilə köhnə olduğundan mövcud pensiya sistemi günümüz Azərbaycanın ehtiyaclarına uyğun gəlmirdi.

2003-cü ilin sentyabrında Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı pensiya sistemindəki milli islahatları dəstəkləmək üçün və bu islahatlar üzrə əsas dövlət orqanı olan Dövlət Sosial Müdafiə Fondunun əməliyyatlarında yüksək səviyyəli İKT sistemlərinin tətbiq etmək üçün layihə imzalamışdır.

Bu layihənin uğur qazanmasında ən önəmli amil güclü milli mülkiyyət layihəsi olmuşdur. 2003-2009-cu illərdə pensiya ödənişləri 460 %-dən çox artmışdır. Sistemdəki kağızların istifadəsi hallarını kəskin şəkildə azaldaraq son texnologiya məhsulu olan İKT sistemləri qurulmuşdur. 2009-cu ilin sonuna qədər hədəflənən işçi sayının 90 %-ni təmsil edən 1.6 milyondan çox işçi müasir sosial müdafiə sığorta kartları əldə etmişlər.

Yeni sistemin bir çox üstünlükləri var. Bu sistem işçilərə, sığortalanmış şəxslərə və təqaüdçülərə daha yaxşı xidmət göstərir. Bu layihə vasitəsilə Azərbaycan 30 illik köhnə sistemdən beynəlxalq standartları özündə əks etdirən yeni, müasir sistemə keçmişdir.

Pensiya Yardım Şöbəsinin xidmətlərindən yararlanan Bayram Babayev təsdiqləyərək demişdir : “Burada bir problem yoxdur,onlar vaxtında xidmət göstərirlər. Kart sistemi bizim üçün daha yaxşıdır,istədiyin vaxt pulunu çəkə bilirsən. Yaxın gələcəkdə pensiyalar hissəsi artsa daha da yaxşı olacağına ümid edirəm”.

2010-cu ilin sentyabrna əsasən Azərbaycan Rusiya və Belarusiyadan qabaqda, Qazaxıstandan sonra MDB ölkələri arasında ikinci yüksək pensiya bazasına (106 ABŞ dolları) malikdir. 1991-ci ildə müstəqillikdən sonra ölkənin üzləşdiyi çox saylı problemləri və başladığı aşağı vəziyyəti nəzərə alsaq, bu uğur olduqca əlamətdardır.

Bir neçə il əvvəl Azərbaycan pensiya islahatlarında Baltik ölkələrinin təcrübəsindən istifadə etdiyi halda bu gün özü Əfqanıstan, İraq, Afrika və Latın Amerika ölkələri də daxil olmaqla bir çox ölkələr üçün nümunəyə çevrilmişdir.

Related Links
View More
Related News