Demokratik İdarəçilik

Ümumi Məlumat

Demokratik İdarəçilik proqramı yüksək ixtisaslı dövlət qulluqçuları heyəti ilə təmin edilmiş və müvafiq qanunlarla idarə olunan güclü, şəffaf və məsuliyyətli (hesabatlı) ictimai institutların inkişaf etdirilməsində Azərbaycanı dəstəkləyir. Biz həmçinin gənclərin də daxil olduğu vətəndaş cəmiyyətinin qanunverilicikdə və inzibatçılıqda iştirakının gücləndirilməsində maraqlıyıq. BMT-nin İnkişaf Proqramının dövlət idarəçiliyi islahatında dəstəyinin əsasında E-Hökumət Proqramı durur. Son on il ərzində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi BMT İP sistemində ən böyük E-Hökumət proqramlarından birini işləyib hazırlamışdır. Müxtəlif layihələr Milli İKT Strategiyasının yaradlması və həyata keçirilməsində E-Hökumət sahəsi üzrə siyasətin formalaşdırılmasında Azərbaycan Hökumətinə yardım etmişdir. Ardı

Məqsədlərimiz

Bizim əsas məqsədimiz Avropa standartlarına uyğun sistemlər və prosedur qaydalarının, institutlar islahatlarının aparılması posesesini və qanunvericiliyin bu islahatlara uzlaşdırılmasının davam etdirilməsində Hökumətin cəhdlərini dəstəkləməkdir. Ardı

image
Dövlət Qulluğuna Qəbul İmtahanı

BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Dövlət Qulluğu Komissiyası kağız əsaslı imtahan sistemində internet əsaslı imtahan sisteminə keçmişdir və nəticədə, dövlət qulluğuna qəbul prosesində səmərəlilik və şəffaflıq artırılmışdır. Ardı

Uğur Hekayələrimiz

Layihələr və Təşəbbüslər

Gənclərin İdarəçilikdə Rolu

Gənclər dəyişiklik üçün ən böyük agentlikdir, eləcə də sülh və inkişaf üçün ən mühüm tərkib hissəsi və təkandır. Avropa və keçmiş Sovet İttifaqı regionunda hər zaman gənclərlə bağlı çətinliklərlə dolu korporativ təcrübə mövcud olmuşdur. Bunu nəzərə alaraq, BMT-nin İnkişaf Proqramı 2011-2015-ci illər Azərbaycan Gəncləri ilə bağlı Dövlət Proqramının həyata keçirilməsinin idarəçiliyinə yardım etmək məqsədi ilə, “gənclərə səlahiyyətin verilməsi və demokratik idarəçilik” tematik mövzusunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə dəstək verir. Ardı

Əhalinin Dövəlt reyestri Xidmətinin Yaradılması

Azərbaycana Sovet İttifaqı dövründən miras qalan ən böyük çətinliklərdən biri də əhalinin düzgün və ictimaiyyətə açıq olan məlumat bazası olmaması idi. Ölkədə əhaliyinin qeydiyyatının mərkəzi reyestri olmayıb və əhali haqqında məlumatlar müxtəlif dövlət orqanları arasında çox zamanlar itirilirdi. Bu problem BMT-in İnkişaf Proqramı və Ədliyyə Nazirliyinin birgə imzaladığı müasir və tam avtomatlaşdırılmış Əhalinin Dövlət Reyestri Xidmətinin yaradılması layihəsi ilə öz həllini tapmışdır. Ardı

Bütün layihələrə bax
Aidiyyəti Nəşriyyat
Dövlət Qulluğunda Gender Bərabərliyi

Sənəd gender baxımından dövlət qulluğu islahatlarının tətqiqinə həsr edilmişdir. Bu material Azərbaycanda dövlət qulluğunda gendər bərabərliyininə nail olmaq üçün gender fərqliliyi və onun həlli yolları vurğulanmışdır.

Ardı