Ətraflı Məlumat

BMT İP-nin Azərbaycandakı nümayəndəliyinin İdarəçilik Proqramının hazırda gördüyü işlərin çoxu elektron hökumət, dövlət idarəçiliyi islahatı, gənclərin iştirakı məsələləridir.

BMT İP-nin Azərbaycan nümayəndəliyi qəbul olunmuş Rabitə və İnformasiya Texnologiyaları üzrə qərarları təqdim etməklə dövlət qurumlarının institusional bacarıqlarının inkişafına önəm verir. Biz ümumilikdə tərəfdaşımız olan təşkilatların səmərəli, effektiv və məsuliyyətli olmasında əhəmiyyətli irəliləyiş müşahidə etmişik. Bu, BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan bir sıra müstəqil qiymətləndirmələrdə də öz təsdiqini tapmışdır. Proseslərin avtomatlaşması ilə dövlət qulluğuna rəqabətli işə qəbul prosesləri, pensiya hesablarının idarəçiliyi, mərkəzi qeydiyyatda və Dövlət qulluğu Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi kimi mühüm dövlət qurumlarında olan vətəndaşların şəxsi məlumatlarının toplanması və saxlanması getdikcə daha da şəffaflaşır, sui-istifadə və mənfi idarəçilik halları azallır. Öz növbəsində vətəndaşların bu qurumlara etibarı artır.

Cari Proqram

Əhalinin Dövlət Reyestri millətin əsas qeydiyyata alma mərkəzlərindən biridir və vətəndaşların düzgün rəqəmsal məlumat bazası olmadan onlayn xidmətlərin inkişafı mümkün deyil. BMT İP Ədliyyə Nazirliyinin əməkdaşları ilə birgə Azərbaycanın əhalisi haqqında vahid, etibarlı, tam və təfsilatlı məlumat bazası olan Əhalinin Dövlət Reyestrini yaratmışdır. Məlumat bazası vətəndaşlıq aktlarının qeydiyyatını və sertifikatların, milli vətəndaşlıq sənədlərinin verilməsini asanlaşdıracaqdır. O həmçinin bir sıra onlayn dövlət xidmətlərinin hazırlanmasının, digər dövlət qurumları, biznes və vətəndaşlar arasında elektron hökumət həll yollarının inkişaf etdirilməsinin əsasını qoymaqdadır.

BMTİP pensiya islahatları gündəliyini təkmilləşdirməkdə Dövlət Sosial Müdafiə Fondunu dəstəkləyir. Layihə DSMF idarələrini inkişaf etdirməyə, müasir İKT vasitələrini təqdim etməyə və DSMF heyətinin bacarıqlarının yaradılmasına kömək edir. O, sistemin yüksək məhsuldarlığına nail olmağa, müştəri xidmətlərinin yaxşılaşdırılmasına və işçilərin müasir sosial sığorta sistemində qeydiyyata alınmasının asanlaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

BMTİP gömrük xidmətlərinin müasirləşdirilməsi və sərhəd idarəçiliyində dövlətin uzun müddətli müttəfiqidir. BMT İP Avropa İttifaqının dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə Avropa standartlarına uyğun yeni Gömrük Məcəlləsinin hazırlanmasında yardımçı olmuşdur. BMTİP hava yüklərinə aid gömrük sənədlərinin rəsmiləşdirilməsi, sərnişinlərin rəsmiləşdirilməsi, sui-istifadə hallarının qarşısının alınması kimi prosesləri surətləndirməkdə gömrük orqanlarına öz dəstəyini göstərir. Bundan əlavə, BMTİP Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə birgə Aİ tərəfindən maliyyələşdirilən Cənubi Qafqaz İnteqrasiyalaşmış Sərhəd İdarəçiliyi proqramını idarə edir. Proqram sərhəd məcəlləsinin hazırlanmasını, Azərbaycan və Gürcüstan hakimiyyət orqanları arasında ikitərəfli əməkdaşlığın asanlaşdırılmasını dəstəkləyir.

BMTİP həmçinin Xarici İşlər Nazirliyi üçün bacarıqların artırılması proqramında da iştirak edir. Birgə layihə yeni sənəd idarəçiliyi sistemini yaratmağa və XİN-nin Bakıdakı mərkəzi ilə xaricdəki diplomatik nümayəndəlikləri arasında etibarlı, təhlükəsiz və səmərəli rabitə sistemi qurmağa yardım etmişdir.

BMTİP dövlət qulluğu islahatlarının yaxşılaşdırılmasında Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Komitəsinə dəstək verən ilk beynəlxalq tərəfdaşdır. İlk olaraq Dövlət Qulluğu Komitəsinin kiçik zaman ərzində yaradılmasına və onun yeni işə qəbul edilmiş kadrlarının güclü bacarıqlarının formalaşdırılmasına dəstək verilmişdir. Daha sonra BMTİP dövlət qulluğuna rəqabətli qəbul imtahanlarının təşkil edilməsi, komputerləşdirilmiş test mərkəzlərinin yaradılması, hüquq çərçivəsinin cari yoxlanışı, insan resursları idarəçiliyində bacarıqları yaratmaq, fəaliyyətin dəyərləndirməsi və etik davranış qaydaları kimi mühüm dövlət qulluğu islahatlarının həyata keçirilməsinə diqqətini yönəltmişdir.

2012-ci ildə Azərbaycan BMT-nin himayəsi ilə hər il keçirilən tərəflərin internet idarəçiliyinin əsas məsələləri barəsində siyasi dialoqlar apardığıı yeddinci Beynəlxalq İdarəçilik Forumuna ev sahibliyi etmişdir. BMTİP bü yüksək səviyyəli tədbiri təşkil etmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyininin müvafiq heyət və əlaqələndirmə mexanizmləri ilə İİF Katibliyinin yaradılmasını dəstəkləmişdir. Görüşün təklif edilən əsas mövzusu “Dayanıqlı İnsan, İqtisadi və Sosial İnkişaf üçün İnternet İdarəçiliyi”dir.

Son olaraq qeyd edək ki, BMTİP gənclərin qanunvericilik və inzibatçılıqda iştirakını dəstəkləyir. BMTİP yaxın vaxtlarda, gələcəyin liderləri və dövlət qulluqçuları kimi gənc Azərbaycanlıların bacarıqlarının artırılmasında Gənclər və İdman Nazirliyi ilə əməkdaşlığa başlamışdır. Layihə həmçinin 2011-2015-ci illərdə Azərbaycan Gəncliyi haqqında Dövlət Proqramı çərçivəsinin yoxlanılması və qiymətləndirilməsini möhkəmləndirməyə çalışır.