Azərbaycanın İqlim Dəyişikliyi üzrə Üçüncü Milli Məlumat Hazırlığı

Ümumi Məlumat

TNC
Layihənin Təqdimat Seminarı, Aprel 2012

1995-ci ildə Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləmişdir. Azərbaycandan Konvensiya üzrə hesabat öhdəliklərinin bir hissəsi kimi mütəmadi olaraq iqlim dəyişikliyi ilə bağlı əsas məsələlər və həll yollarını tərtib etməklə Milli Məlumat hazırlamaq tələb olunur.

Layihənin Məqsədləri

Bu layihənin məqsədi Konvensiyanın tələbi kimi öz öhdəliklərinə uyğun olaraq Üçüncü Milli Məlumatı hazırlayıb təqdim etməkdə Azərbaycanı dəstəkləməkdir.Layihə həmçinin Tərəflərin Konfransı-nın qoyduğu qaydalara cavab verən növbəti hesabatların hazırlanmasında, milli potensialın güclənməsinə səbəb olacaq.Bu isə iqlim dəyişikliyi və digər mühüm iqtisadi-sosial sektorlarda milli siyasət və ölçülər üçün informasiya mənbəyi kimi xidmət göstərə bilər.

Layihə Nəticələri



  • Layihə ilk seminarı tamamlanmış və maraqlı tərəflərin iş planı təsdiqləmişdir
  • İstixana Qazlarının İnventarlaşdırılması və Uyğunlaşma üzrə işçi qruplar yaradılmış və Azərbaycanın Üçüncü Milli Mlumatlandırılmasına öz töhfəsini verməyə başlamışdır.
  • Layihə saytının ilkin variantı hazırlanmışdır

Donorlar

2011-2014
Donor

Verilən məbləğ, ABŞ dolları ilə

Qlobal Ətraf Mühitin Mühafizəsi Fondu(GEF)

500,000

Çatdırılma

Maliyyə İli Ödənilən məbləğ, ABŞ dolları ilə
2011 20,000
2012
Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
Yanvar, 2011
Təxmini Son Tarix
Dekabr, 2014
Coğrafi Əhatəsi
Ölkə üzrə
MİM
MİM 7: Ətraf mühitin davamlılığını təmin etmək
Diqqət sahəsi
Dayanıqlı İnkişaf
Tərəfdaşlar
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Layihə Rəhbəri

Vüqar Allahverdiyev, Layihə Məsləhətçisi, vugar.allahverdiyev@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə