Azərbaycanda Bərpa olunan Enerji İnkişafının Təşviqi

Ümumi Məlumat

sustain_energy
Azərbaycanın Qobustan rayonunda Dayanıqlı Enerji Nümayişi Sahəsi

Azərbaycan Hökuməti strateji əhəmiyyətli sahə kimi bərpa olunan enerjinin inkişafına üstünlük vermiş,Bərpa olunan və Alternativ Enerji mənbələri üzrə Dövlət Agentliyini yaratmışdır. Bərpa olunan və Alternativ Enerji mənbələri üzrə Dövlət Şirkəti ənənəvi olaraq böyük neft-qaz ixracatçısı sayılan Azərbaycanda dayanıqlı enerjinin inkişafını dəstəkləmək üçün BMT İP ,Avropa Komissiyası və Norveç Hökuməti ilə əməkdaşlıq etmişdir.Layihənin uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının yaşıllaşmasına təsir edəcək və aşağı karbonlu inkişaf modelinə mərhələli keçid üçün şərait yaradacaq.

Layihənin Məqsədləri

Layihənin məqsədləri aşağıdakılardır: a) Şəkidə kiçik su elektrik stansiyasının tikilməsini dəstəkləmək b) Bərpa olunan enerji üçün milli səviyyəli potensialı qiymətləndirmək c) bərpa olunan enerjinin hansı növünün ən sərfəli olub ən az xərc tələb etdiyini müəyyən etmək və e) Dayanıqlı enerji hasilatı üçün müvafiq optimal potensiallı əraziləri müəyyən etmək

Layihənin Nəticələri



  • Layihə ekspertləri Azərbaycanda bərpa olunan enerji haqqında qanun layihəsini hazırlamışdır.
  • Bir kiçik su elektrik stansiyası üçün texniki-iqtisadi əsaslandırma tamamlanmışdır.
  • Layihə ekspertləri Azərbaycanda günəş,külək və bio kütlə layihələrinin iqtisadi dəyərləndirilməsini başa çatdırmış və şablon maliyyə modelini işləyib hazırlamışdır.
  • Alternativ enerji haqqında maarifləndirmə kampaniyaları uğurla başa çatdırılmışdır.
  • Layihə günəş, külək və biokütlə üzrə üç pilot layihəsinin texniki-iqtisadi əsaslandırmasını yekunlaşdırmışdır.

Donorlar

2011 - 2013

Donorlar

Verilən məbləğ, ABŞ dolları ilə

Avropa Kommissiyası

650,000 (500,000 Euro)

Norveç Hökuməti

790,000

İllər üzrə Çatdırılma

Maliyyə İli

Çatdırılma məbləği, ABŞ dolları ilə


2011

385,743


Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
Yanvar, 2011
Təxmini Son Tarix
İyun, 2013
Coğrafi Əhatə Dairəsi
Şəki və Siyəzən regionlarında pilot layihə olmaqla, ölkə üzrə
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
MİM
MİM 7 Ətraf mühitin dayanıqlılığını təmin etmək
Tərəfdaşlar
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
Layihə Rəhbəri

Çingiz Məmmədov, Baş Proqram Məsləhətçisi, chingiz.mammadov@undp.org

Aidiyyəti Video



Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə