“İqlim Dəyişikliyinə ekosistem əsaslı yanaşma” adlı Clima East pilot layihəsi

Ümumi Məlumat

*

İqlim dəyişikliyi Böyük Qafqaz regionunda insan fəaliyyəti nəticəsində otlaqların məruz qaldığı deqradasiyanı kəskinləşdirən çoxşaxəli amildir. İqlim dəyişikliyi Böyük Qafqaz ərazisində yerləşən otlaqların tərkibinə, sahəsinə və yayılmasına təsir edəcək. Belə hesab edilir ki, bu təsirlərin artıq özünü büruzə verir. İqlim dəyişikliyi yay otlaqları üçün kifayət qədər əlverişli olsa da, onların ərazisi nəinki genişlənməyəcək, hətta kiçilə də bilər. Bunun əsas səbəbi isə torpaq eroziyası və torpaqdan əkin məqsədilə istifadənin artması, həmçinin buxarlanma qabiliyyətinin artması olacaq.

Layihə Avropa Birliyinin “Clima East” proqramı və BMTİP tərəfindən birgə maliyyələşdiriləcək. “Clime East” proqramı Avropa Birliyi tərəfindən maliyyələşdirilən 4 illik layihədir və Avropa Qonşuluq Siyasətinə qoşulan Şərq ölkələrinin və Rusiyanın istilik effekti yaradan qazların emissiyasını azaltmaq üçün təchiz olunmaları və iqlim dəyişikliklərinin təsirlərinin öhdəsindən gəlmələri üçün dəstək göstərir.

Layihənin məqsədləri

*

Layihə bərpa olunmuş sahələrdə saxlanılan karbon qazı ehtiyatının ölçülməsi işlərini və otlaq sahələrinin monitorinqini asanlaşdıracaq. Hədəf zonalarda torpaq və bitki örtüyünün vəziyyətinin monitorinqini aparmaq üçün Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin otlaqların monitorinqi üzrə təlimat kitabçaları istifadə ediləcək. Otlaqların səmərəli idarə edilməsinin dayanıqlılığını təmin etmək üçün təlimlər və tədqiqat səfərləri təşkil ediləcək.

Dağlıq otlaqlarda torpaqda karbon qazı azaldığı üçün onun artırılmasına yönəlmiş bərpa-təmizləmə işlərinin təmin edilməsi vacibdir. Karbon qazının miqdarının artırılması məqsədi yalnız iqlim dəyişikliyi baxımından deyil, həm də ekoloji davamlılığı artırmaq baxımından bu sahələr üçün vacibdir.

Layihə nəticələri



  • Hədəf zonalarda ən azı 3000 hektar sahədə otlaqların inventarlaşdırılması tamamlanmışdır. Yeni inventarlaşdırılmış otlaqların torpaq və bitki örtüyü barədə yeni məlumatlar mövcuddur. Hədəf zonalar üçün başlanğıc karbon saxlama tutumu hesablanır 
  • Layihə karbon saxlanclarının genişləndirilməsi üçün sınaq xarakterli bir neçə bərpa tədbirləri həyata keçirəcək. Məsələn, kəskin deqradasiyaya məruz qalmış otlaqlara otların əkilməsi, mövcud otlaqlarda seyrək sahələrə otların əkilməsi, dik yamaclarda və eroziyaya uğramış digər sahələrdə mal-qara otarmanın ən azı 4 il müddətinə ləğv edilməsi və növbəli otarma 
  • Karbon saxlama potensialı layihənin sonunadək başlanğıc illərlə müqayisədə ən azı 8% artırılacaq 
  • 20-dən artıq yerli mütəxəssis üçün karbon monitorinqi üzrə yeni şəbəkənin istifadəsi ilə bağlı təlim keçiriləcək

Donorlar

Donorlar Verilən Məbləğ, ABŞ dolları  
BMTİP 153.896
Avropa İttifaqı 1.298.200

İllər üzrə ödəmələr

Maliyyə İli  Ödəniləcək Məbləğ, ABŞ dolları ilə
2013 197.146
Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
Mart, 2013
Təxmini Bitmə Tarixi
Dekabr, 2016
Coğrafi Əhatə Dairəsi
Ismayıllı (yaya otlaq əraziləri)
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
MİM
MİM 7: Ətraf mühitin davamlılığını təmin etmək
Tərəfdaşlar
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Layihə Rəhbəri

Vüqar Allahverdiyev, Layihə Məsləhətçisi, vugar.allahverdiyev@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə