Dəniz Ekosistemlərinin Səmərəli İdarəçiliyi

Ümumi Məlumat


Qızılağac qoruğunda quşlara baxış

Təbiət Azərbaycana olduqca zəngin biomüxtəlifliyi sərvəti bəxş etmişdir. Xəzər dənizi digər su hövzələrindən təcrid olunduğuna görə təxmini 331 endemik növünə ev sahibliyi edir. Region Afrika və Aralıq dənizindən Mərkəzi Asiya və Hindistana milliyonlarla quşun köç etdiyi mühüm miqrasiya dəhlizi daxilində yerləşir. Lakin sahil və dəniz ekosistemləri torpaqdan istifadədə dəyişiklik və həddindən artıq istismardan yaranan və artan təhlükə ilə üzləşməkdədir. Hökumətin mühafizə tədbirləri və mühafizə olunan əraziləri maliyyələşdirməsi müəyyən qədər əhəmiyyət kəsb etsə də, sahil və dəniz biomüxtəlifliyini qoruyub saxlamaq üçün yetərli dərəcədə deyil. Məsələnin uzun müddətli həlli mühafizə olunan sahil və dəniz ərazilərinin funksional, təmsilçi və dayanıqlı milli sistemini yaratmaqdır. Bu isə dəniz və sahil biomüxtəlifliyini, yaşayış yerləri və resurslarını səmərəli şəkildə mühafizə edəcəkdir.

Layihə Məqsədləri

Bir illik layihənin məqsədi tam hüquqlu müdaxilə strategiyasını tərtib etməkdir. Bu səmərəli idarəçilik strukturu və institusional bilik formalaşdırmaqla Xəzər Dənizinin Azərbaycan sektorunda biomüxtəliflik üçün yaranmış müəyyən təhlükələri aradan qaldırmaq məqsədi daşıyır.Layihə həmçinin Xəzərin sahilində yerləşən, qlobal əhəmiyyətli Qızılağac təbiət qoruğu çərçivəsində mühafizə edilən ərazilərin idarəçiliyini də gücləndirəcəkdir.

Layihə Nəticələri



  • Layihə heyəti yaradılmış və layihə iş planı hazırlanmışdı
  • Heyət aşağıdakıları vurğulayan hesabat hazırlamışdır: a) Tapşırığın yol xəritəsi; b) Layihə cədvəli; c) Tələb olunan məlumatların siyahısı.
  • Məlumat toplamağa başlanmışdır.

Donorlar

2012-2013

Donorlar

Verilən məbləğ, ABŞ dolları ilə 

Qlobal Ətraf Mühitin Mühafizəsi Fondu

72,136

BMT İP

10,000

İllər üzrə Ödəmələr

Maliyyə İli

Ödəmələrin məbləği, ABŞ dolları ilə

2012


Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
May, 2012
Təxmini Son Tarix
Mart, 2013
Coğrafi Əhatə Dairəsi
Qızılağac qoruğunda pilot layihə olmaqla ölkə üzrə
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
MİM
MİM 7 Ətraf mühitin dayanıqlılığını təmin etmək
Tərəfdaşlar
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Layihə Rəhbəri

Çingiz Məmmədov, Baş Proqram Məsləhətçisi, chingiz.mammadov@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə