Azərbacanda Demoqrafik Araşdırmaya Hazırlıq

Ümumi məlumat

demographic_background
Şəkiil: Filip Keller

Artım, yaş strukturu, doğum və ölüm, miqrasiya və digər göstəricilər də daxil olmaqla əhalinin dinamikası insan iqtisadi və sosial inkişafn hər bir sahəsinə,təsir göstərir.

Hazırda demoqrafik dəyişikliyin iqtisadi artıma mühüm təsir göstərməsi haqqında ciddi sübutlar vardır. Demoqrafik dəyişiklik və iqtisadi artım arasındakı bu bağlılıq hər iki istiqamət təsir göstərən qarşılıqlı sistem kimi nəzərdən keçirilir. Misal üçün, uzunömürlülüyü artıran səhiyyə sistemindəki islahatlar iqtisadi inkişafa zəmin yaratmaqla gəlir və təhsil göstəricilərinin artmasına səbəb olur. Artan gəlirlər isə öz növbəsində doğum göstəricilərin azalmasına və nəticə etibarı ilə asılılıq əmsallarının müsbət yöndə azalmasına, təhsilə daha çox sərmayənin yatırılmasına və gələcək iqtisadi artıma səbəb ola bilər.

İnsanların iqtisadi davranış və ehtiyacları həyatın müxtəlif mərhələrində dəyişdiyindən, ölkənin yaş strukturu iqtisadi göstəricilərə mühüm təsirə göstərə bilər. İnkişaf məsələləri, iqtisadi və insan inkişafı arasındakı kompleks ələqələrə dair mövqeyi olan siyasətçilər ölkənin gələcəyinə dair qərarlarda dəyişən yaş strukturu amilini nəzərə almalıdırlar.

Layihənin Məqsədləri

Tədqiqatın əsas məqsədi Azərbaycandakı demoqrafik trend və meyllərin, eləcə də onların iqtisadi və sosial inkişafa təsirini təhlil etmək və qərarvericilərə demoqrafik vəziyyətdən yararlanmağı imkanı, eləcə də mövcüd və potensial problemləri həll etmək yollaır barədə məsləhət verməkdir.

Layihənin Nəticəsi



Aşağıdakı mövzular üzrə təhlillər aparılmışdır:

  • Əhali inkişafı və strukturu;
  • Etnik struktur;
  • Region dinamikası;
  • Ailə və evlilik;
  • Doğum və ailə planlaması

Donorlar

Donor Verilən Məbləğ, ABŞ Dolları ilə 
BMT-nin Əhali Fondu 26,750
BMT-nin İnkişaf Proqramı 26,750

İllər üzrə çatdırılma

Maliyyə ili Ödənişin məbləği, ABŞ dolları ilə
2012 244
Overview
Statusu
Cari
Layihənin Başlanma Tarixi
1 sentyabr 2012
Təxmini Son Tarixi
31 dekabr 2013
Coğrafi Əhatə Dairəsi
Ölkə üzrə
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
Layihə Rəhbəri

Cəmilə İbrahimova, Rezident Nümayəndənin Köməkçisi, Jamila.ibrahimova@undp.org

Tərəfdaşlar
thumbnail
BMT-nin Əhali Fondu
Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə