Böyük Qafqaz Landşaftında Dayanıqlı Torpaq və Meşə İdarəçiliyi

Ümumi məlumat

SLFMGC
"Böyük Qafqaz Landşaftında Dayanıqlı Torpaq və Meşə İdarəçiliyi" adlı GEF Layihəsi

İqlim dəyişiklikləri Böyük Qafqaz regionunda meşə və otlaqların tərkibinə, sahəsinə və yayılma arealına təsir göstərəcək. Belə hesab edilir ki, bu təsir artıq özünü büruzə verir. Böyük Qafqazın Azərbaycan hissəsində meşə ehtiyatlarının deqradasiyasını sürətləndirən amillərə mal-qaranın həddən artıq otarılması, yanacaq odunu və tikinti materialı kimi istifadə üçün ağacların düzgün olmayan şəkildə toplanması və qeyri-tikinti yönümlü meşə materialların toplanması daxildir. Otlaqlar və meşələr üzrə hazırkı zəif idarəetmənin saxlanması bu ehtiyatları deqradasiyaya məruz qoymağa və onların davamlılığını azaltmağa davam edəcək. Ehtiyatlar sistemi daha çox deqradasiyaya uğradıqca, otlaqlar və meşələr üzərində təzyiqlərin artması yaşayış üçün lazımlı vasitələri təhdid etməyə və yoxsulluq və zəif idarəetmə siklini davam etdirməyə xidmət edəcək. İqlim dəyişikliyi qış otlaqları üçün kifayət qədər əlverişli olsa da, onların sahəsi nəinki genişlənməyəcək, hətta kiçilə də bilər. Buna əsas səbəb isə torpağın eroziyası və torpaqdan əkin üçün istifadənin artması, həmçinin buxarlanma qabiliyyətinin artması olacaq.

Layihə Məqsədləri

Goals
  • Layihənin məqsədi Böyük Qafqaz landşaftında dayanıqlı torpaq və meşə idarəetməsinin təmin edilməsidir. Bu, çoxsaylı ekosistem xidmətlərinin hərəkətini, o cümlədən karbonun saxlanması və sekvestrasiyasını təmin etməklə yanaşı, ekosistemlərin iqlim dəyişikliyinə qarşı davamlılığını təmin edir.

  • Layihə dayanıqlı olmayan təcrübələri dayanıqlı torpaq və meşə idarəetməsi təcrübəsinə çevirmək məqsədi daşıyır. 

  • Layihə iqlim dəyişikliyinin təsirlərini azaltmağa yönəlmiş tədbirləri, məsələn, meşələrdə otarmanın və meşə materialı toplanmasının təkmilləşdirilməsi vasitəsilə təbii regenerasiyaya diqqət yetirmək üçün təbii meşələrin idarə edilməsi kimi tədbirləri dəstəkləyəcək.

Layihə Nəticələri



  • Layihə hədəflərə yönələn iki müxtəlif təlim proqramı vasitəsilə bacarıqların inkişafına sistemli və uzunmüddətli yanaşmalar təmin edəcəkdir:

    •  Bir təlim Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövcud “İxtisartırma üzrə Tədris Mərkəzi” proqramı vasitəsilə milli və yerli səviyyədə siyasət tərtib edənlər üçün hazırlanır və həyata keçirilir, qeyd edilən proqramın dayanıqlılığını və məxsusluğunu artırır; və

    • Digər təlim yerli səviyyədə texniki heyət və ehtiyatların istifadəçiləri üçün nəzərdə tutulur və əsas diqqəti otlaqların icarəçiləri, meşə ehtiyatlarının istifadəçiləri və nazirliklərin və rayon icra orqanlarının texniki və sahə işçilərinə yönəldir.
  • Layihə dayanıqlı torpaq idarəetməsinin səmərəliliyinə zəmin yaratmaq üçün əsas diqqəti özəl prinsiplərə və praktiki vərdişlərin inkişafına, eləcə də strateji tədbirlərə və alətlərə yetirməklə, müxtəlif təşkilatlar daxilində potensial yaradacaqdır. 

  • Maraqlı tərəflər vacib məlumatlara və verilənlərə çıxış əldə edəcək. Bu, Azərbaycanda Dayanıqlı Torpaq İdarəetməsi (DTİ) və Dayanıqlı Meşə İdarəetməsi (DMİ) – Meşəsizləşmə və Deqradasiyadan irəli gələn Emissiyaların Azaldılmasına münasibətdə siyasi dəstəyi təşviq edəcək. 

  • Bu layihə aşağıdakılarla nəticələnəcək: 
    • Torpaqdan istifadənin təkmilləşdirilmiş idarəetməsi çərçivəsində 12500 hektar sahəyə malik otlaqlarda bitki örtüyünün qorunması və ya artması; 
    •  Təkmilləşdirilmiş çoxfunksiyalı meşə idarəetməsi çərçivəsində 20 000 hektar meşə sahələri; 
    •  Meşələrin deqradasiyasının səbəb olduğu emissiyanın önlənməsi (ildə 245667 t CO2 ekvivalenti);

Donorlar

Donorlar Verilən Məbləğ, ABŞ Dolları ilə
BMTİP 383.895
Ətraf Mühitin Mühafizəsi Fondu (GEF) 5.680.000
Avropa Komissiyası  1.000.000
Hökumət 4.500.000
Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 500.000
Hokumət 6.170.000

İllər üzrə Ödəmələr

Maliyyə İli Ödənilən Məbləğ, ABŞ Dolları ilə 
2013 3.677.247
Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
İyun, 2013
Təxmini Bitmə Tarixi
Dekabr, 2017
Coğrafi Əhatə Dairəsi
Azərbaycanın şimal-qərb ərazisindəki Böyük Qafqaz dağlarındakı 11 rayon və kənd. Pilot ərazilər: İsmayıllı və Şamaxı
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
MİM
MİM 7: Ətraf mühitin davamlılığını təmin etmək
Tərəfdaşlar
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Layihə Rəhbəri

Vüqar Allahverdiyev, Proqram Məsləhətçisi, vugar.allahverdiyev@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə