Turizm Sektorunun İnkişafının Dəstəklənməsi

Ümumi Məlumat

Bu layihə BMT İP və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihənin Azərbaycanda turizm sektorunu inkişaf etdirmək məqsədi daşıyan üçüncü mərhələsini təqdim edir. Yeni mərhələnin əsas məqsədi bu sektorun gələcək inkişafını təşviq etmək üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin imkanlarını gücləndirməkdir. Layihə həmçinin Turizmin İnkişafına dair beş illik Dövlət Proqramında (2010-2014 cü illərdə) əks olunan fəaliyyətləri dəstəkləyəcəkdir . Belə ki: Azərbaycanda turizm potensialının təbliğ edən materialların inkişaf etdirilməsi,Turizm məhsul və xidmətlərinin təkmilləşdirilməsi, dayanıqlı turizm inkişaf strategiyası hazırlamaq üçün marketinq tədqiqati aparmaq,turizm sektoru menecerləri üçün çoxlu sayda təlim kursları təşkil etmək fəaliyyət siyahısına daxil edilmişdir.

Layihənin Məqsədləri

Layihənin məqsədi turizm sektorunun gələcək inkişafını təşviq etmək üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bacarıqlarını gücləndirməkdir.

Layihə Nəticələri



Layihə 4 beynəlxalq, 3 yerli tədqiqatı, Regional Turizm İnformasiya Mərkəzinin heyəti üçün 6 təlimi, turizm sahəsinin işçiləri üçün bir sıra təlimat kitabçalarının nəşrini həyata keçirmişdir. Layihə həmçinin beynəlxalq turizm sərgilərində iştirak etmiş və Azərbaycan Turizm İnstitutunun təlim otağının yenidən qurulmasına dəstək vermişdir.

Donorlar

Azərbaycan Hökuməti

400 000

BMT İP

40 000

İllər üzrə Ödəmələr

2011

220,999

2012  
Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
Fevral, 2010
Təxmini Son Tarixi
Oktyabr, 2012
Coğrafi Əhatə Dairəsi
Bakı və regionlar
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
Tərəfdaşlar
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Layihə Rəhbəri

Elnur Xəlilov, Proqram Məsləhətçisi, elnur.khalilov@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə