Rio+20 Sammitinə hazırlıq məqsədilə Azərbaycan Gənclərinin səfərbər edilməsi

Ümumi Məlumat

Rio signing
Heydər Əliyev FOndu və BMT İP əməkdaşlıq saziişinin imzalanması

2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva Ətraf mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (İDEA) təşəbbüsünü elan etmişdir. Bu Azərbaycanın dayanıqlı inkişaf üzrə qlobal hərəkata fəal qoşulması üçün əla fürsətə çevrilmişdir. Bu məqsədlə BMT İP Heydər Əliyev Fondunun qlobal RİO +20 Summitinə hazırlıq üçün Azərbaycan gənclərinin səfərbər edilməsi və milli təşviqat kampanyası aparmaq səylərini dəstəkləmişdir.

Layihənin Məqsədləri

Layihənin 3 əsas məqsədi var: 1) Ətraf mühit naminə Beynəlxalq Dialoq çərçivəsində gənclərin ekoloji hərəkata cəlb olunması; 2) Azərbaycanda müvafiq maraqlı tərəflər arasında ətraf mühit, inkişaf və Rio prosesi barədə məlumatlılığın artırılması; 3) Azərbaycanın Rio+20 prosesinə hazırlıq səviyyəsinin gücləndirilməsi.

Layihə Nəticələri



  • Layihə Azərbaycan və 30-dan çox ölkədən gənc nümayəndələrin iştirakı ilə Gənc Ətraf Mühitçilərin qış düşərgəsini yaratmağa kömək etmişdir. Qış düşərgəsi sayəsində iştirakçılar ətraf mühit məsələlərində birgə fəaliyyət göstərmək öhdəliyinə dair "Qəbələ Bəyannaməsini" qəbul etmiş və öz beynəlxalq şəbəkələrini gücləndirmişlər.

  • Azərbaycanın RİO+20yə hazırlıq işçi qüvvəsinə daxil olan səkkiz dövlət qurumu nümayəndələri üçün bir sıra seminarlar təşkil olunmuşdur. Seminarların məqsədi dayanıqlı inkişaf,yaşıl iqtisadiyyat,qlobal ətraf mühit dialoqunda Azərbaycanın potensial rolu və s. kimi müxtəlif ətraf mühit məsələlərində iştirakçıları maarifləndirməkdir.

  • BMTİP “Yaşıl Gələcək” mövzusunda foto sərgi,ardınca isə dövlət və gənc nümayəndələrin iştirakı ilə debat təşkil etmək üçün BMT İP AGAT milli Qeyri Hökümət Təşkilatı ilə əməkdaşlıq etmişdir.

Donorlar

2012
Donor Verilən məbləğ, ABŞ dolları ilə
Heydər Əliyev Fondu 50,000
BMT İP 20,000

Çatdırılma

Maliyyə İli  Ödənilən məbləğ, ABŞ dolları ilə
2012
Qısa Məlumat
Statusu
Tamamlanmış
Layihənin Başlanma Tarixi
Noyabr, 2011
Təxmini Son Tarix
Oktyabr, 2012
Coğrafi Əhatə Dairəsi
Bakı
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
MİM
MİM 7: Ətraf mühitin davamlılığını təmin etmək
Tərəfdaşlar
Heydər Əliyev Fondu, IDEA Kampaniyası
Layihə Rəhbəri

Vüqar Allahverdiyev, Layihə Məsləhətçisi, vugar.allahverdiyev@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə