BMK Strateji Planının Azərbaycanda həyata keçirilməsinə dəstək məqsədi ilə Biomüxtəlifliyin Milli Planlaşdırılması

Ümumi Məlumat

nbsap
15 avqust 2013-cü il tarixində JW Marriot mehmanxanasında keçirilən Layihə Seminarından

Bu layihə Qlobal Ətraf Mühitin Mühafizəsi Fondun (GEF) rəhbərliyi altında Biomüxtəliflik Fəaliyyətinin ikinci nəslinin bir hissəsidir. Azərbaycan Bioloji Müxtəliflik üzrə Konvensiyaya (BMK) 8 mart 2000-ci il tarixində qoşulmuşdur. Azərbaycan artıq Biomüxtəliflik haqqında özünün dördüncü milli hesabatını və birinci Milli Biomüxtəliflik Strategiyası və Fəaliyyət Planını hazırlamışdır. 18-29 oktyabr 2010-cu il tarixində Yaponiyanın Naqoya şəhərinin Aiçi ərazisində baş tutan üzv ölkələrin sayca 10-cu görüşündə Biomüxtəlifliyə dair Aiçi hədəfləri də daxil olmaqla, 2011-2020-ci illər üzrə yenilənmiş Strateji Plan qəbul olunmuşdur. Aiçidə üzv dövlətlərin gəldiyi qərara əsasən, hər bir ölkə Aiçi hədəflərinə uyğun olaraq öz milli hədəflərini formalaşdırmalıdır. Beləliklə, layihə ölkələrin BMK qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsində ehtiyacların həll edilməsi və icrasını nəzərdə tutur. Xüsusilə Azərbaycan üçün 5-ci Milli Hesabat və 2-ci Milli Biomüxtəliflik Strategiyası və Fəaliyyət Planı hazırlanacaqdır.

Layihə Azərbaycanın biomüxtəliflik planı və hesabatı sahəsində hazırki vəziyyəti və artıq mövcud olan uğurlar əsasında formalaşdırılır. Layihənin məqsədi Azərbaycanın BMK qarşısında götürdüyü öhdəliklərin yenilənmiş və inklyuziv “biomüxtəliflik planlaşdırılması” və strateji yanaşma prosesi vasitəsilə milli inkişaf və sektor planlaşdırması çərçivəsi ilə uyğunlaşdırmaqdır. Bu prosesin biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi üçün nail ola biləcək hədəflər yaradacağı gözlənilir. Layihə bu proses ərzində ekosistemlərin təchizat və xidmətlərinin, imkan və problemlərinin də nəzərə alınmasını təmin edəcək.

Layihənin Məqsədləri

Layihə üç əsas komponentin icrası vasitəsilə öz məqsədlərinə çatacaqş Bu məsələlər ətraflı şəkildə GEFvə BMTİP tərəfindən təsdiq olunan və birgə maliyyələşdirilən Layihə Sənədində öz əksini tapmışdır.

Əsas tərkib hissələri aşağıdakılardır:

  • Aichi Hədəflərinə cavab verəcək milli biomüxtəliflik hədəfləri inkişaf etdiriləcək;
  • 5-ci Milli Hesabat və 2-ci Milli Biomüxtəliflik Strategiyası və Fəaliyyət Planı yenilənərək BMK Strateji Planının yeni, planın icrasının milli inkişaf çərçivəsinə uyğunlaşdırılması, ekosistem xidmətlərinin qiymətləndirilməsi və ekosistem əsaslı məskunlaşmanın təşviqi kimi müddəalar daxil ediləcəkdir;
  • Resursların səfərbər olunması, konvensiya hesabatı və mübadilə mexanizmi üçün milli çərçivənin gücləndirilməsi.

Layihənin Uğurları



  • Layihə üzərində çalışmaq üçün beynəlxalq və yerli ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır; 
  • Biomüxtəlifliyə dair 5-ci Milli Hesabat üzərində işə artıq başlanmışdır və hesabatın 2014-cü ilin mart ayında tamamlanaraq Biomüxtəliflik Konvensiyası üzrə Katibliyə təqdim olunması planlaşdırılır; 
  • 2013 –cu ilin avqust ayında bütün əsas tərəfdaşların iştirakı ilə milli təlim keçirilmiş və bu 5-ci Milli Hesabatın və 2-ci Milli Biomüxtəliflik Strategiyası və Fəaliyyət Planının hazırlıq mərhələsinin əsasını qoymuşdur.

Donorlar

Donorlar Verilən mələğ, ABŞ dolları ilə
GEF 210 000 
BMTİP 33 000

İllər üzrə çatdırılma

Maliyyə İli Çatdırılma məbləği, ABŞ dolları ilə
2013 54 035
Qısa Məlumat
Statusu
Cari
Layihənin Başlanma Tarixi
Yanvar, 2013
Layihənin Son Tarixi
Dekabr, 2015
Coğrafi Əhatə Dairəsi
Ölkə üzrə
Diqqət Sahəsi
Dayanıqlı İnkişaf
MİM
MİM 7: Ətraf mühitin dayanıqlılığını təmin etmək
 
Layihə Rəhbəri

Çingiz Məmmədov, Baş Proqram Məsləhətçisi, chingiz.mammadov@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə