Dövlət Sosial Müdaifə Fonduna Dəstək

Ümumi Məlumat


Yeni Sosial Təhlükəsizlik Kartı

Müstəqilliyinin ilk illərində Azərbaycan Sovet dövründən qalmış sosial təhlükəsizlik şəbəkəsinin dağılmasına səbəb olan kəskin iqtisadi böhranla üzləşmişdi.Bu vəziyyət əliləri,yaşlıları,məcburi köçkünləri və tənha anaları xüsusilə müdafiəsiz qoymuşdur. Hökmət təcili olaraq yaşlıların və digər az təminatlı insanların sosial müdafiəsini nəzərə alan müvafiq siyasi tədbirlər görməyi labüd bildi. Pensiya idarəçiliyi sistemi tamamilə köhnə olduğundan mövcud pensiya sistemi bugünki Azərbaycanının ehtiyaclarını qarşılaya bilmirdi. 2003 cü ilin sentyabrında Azərbaycan Hökuməti və BMT İP pensiya sistemindəki milli islahatları dəstəkləmək və pensiya islahatları üçün əsas dövlət orqanı olan Dövlət Sosial Müdafiə Fondunun əməliyyatlarında yüksək səviyyəli İKT sistemlərini tətbiq etmək üçün layihə imzalamışdır.Layihə öz öhdəliklərini səmərəli,şəffaf və məsuliyyətlə yerinə yetirməkdə DSMF-nın imkanlarını genişləndirəcək və bu yolla da ümumilikdə onun effektivliliyini artırmış olacaqdır.Layihə DSMF-a idarəetmə və məlumatın emal edilməsi potensialını artıracaq və Azərbaycanın bütün ərazisini əhatə edərək şəxsi hesaba əsaslanan pensiya sistemi yaratmaqda kömək edəcək.

Layihənin Məqsədləri


•DSMF-nın idarəetmə və texniki potensialını əhəmiyyətli dərəcədə gücləndirmək;

• Şəffaflığı təmin etmək, Azərbaycanda sosial sığorta və pensiya təminatı sisteminin səmərəliliyini artırmaq;

• Əsas əməliyyat proseslərini və məlumat mübadiləsi prosedurunu avtomatlaşdırmaq;

• DSMF əsas mərkəzi ilə yerli və regional filialları arasında səmərəli rabitə yaratmaq; və

• DSMF kadrlarının bacarıqlarını və komputer biliklərini təkmilləşdirməklə İKT-dən istifadənin səmərəliliyini artırmaq.

Layihənin Nəticəsi



  • İKT sisteminin gücləndirilməsi kağızdan istifadənin kəskin şəkildə azalmasına, məhsuldarlığın artmasına ( həftələrlə çəkən işlər artıq bir neçə saata həll olur) və keyfiyyəti qaldırmaq üçün iş görməyə yol açdı.
  • Müştərilərə xidmət keyfiyyətinin artırılması -daha az vaxt aparan əməliyyatlar,pensiyaların vaxtında ödənməsi və yüksək dərəcədə şəffaflıq.
  • 2011 ci ilin sonuna qədər 1.9 milyondan çox işçi (demək olarki hədəflənən 97%) sosial sığorta kartları əldə etmişlər.
  • Pensiya hesablama prosesi şəxsi təması azaltmağı, sui-istifadə, fırıldaqçılıq hallarını aşağı salmağı və əhali üçün asan anlaşılan və şəffaflığı nəzərdə tutmuşdur.
  • DSMF heyəti sistemdən ictimaiyyətin razı qaıdığını bildirir. Şikayətçilərin sayı kəskin şəkildə azalmışdır. 

Donorlar

Donors Verilən məbləğ, ABŞ dolları ilə

DSMF

10,867,041

BMT İP

2,159,000

Illər üzrə çatdırılma

Maliyyə İli Ödənişin məbləği, ABŞ dolları ilə

2011

1,178,109

2012
Qısa Məlumat
Statusu
Tamamlanmış
Layihənin başlama müddəti
Noyabr, 2003
Təxmini son tarixi
Dekabr, 2012
Coğrafi əhatəsi
Ölkə üzrə
Diqqət Sahəsi
Demokratik İdarəçilik
Project Officer
Mr. Elnur Khalilov, Programme Adviser, elnur.khalilov@undp.org
Tərəfdaşlar
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu
Layihə Rəhbəri

Cənabr Elnur Xəlilov, Layihə Məsləhətçisi, elnur.khalilov@undp.org

Layihə Sənədini Yüklə
İllik İş Planını Yüklə