6 İİV/QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq

Biz Haradayıq?

 hiv
Azərbaycanda dini icmalar İİV haqqında müzakirələr edirlər

Azərbaycan 2003-cü ildən bəri mərkəzləşmiş İnsan İmmunçatışmazlığı Virusu (İİV) epidemiyası olan ölkə kimi tanınır. İİV göstəricisi 2004-cü ildən bəri kəskin şəkildə artmaqdadır. Bu epidemiya kişilərin qadınların sayının dörd misli qədər yoluxması ilə əsaslı şəkildə gender yönlüdür. Bu epidemiya, xüsusilə narkotik istifadəsi ilə daha da geniş yayılır: demək olar ki, İİV-ə yoluxan Azərbaycan vətəndaşlarının üçdə ikisi virusu bu yolla əldə ediblər. Eyni zamanda, 2004 və 2010-cu illər ərzində heteroseksual yolla virus ötürülmədə dörd dəfədən çox artım olunmuş, nəticədə İİV diaqnozlu narkotik istifadə edən kişilərin qadın seksual partyoru ilə əlaqəsi səbəbindən epidemiyanın feministləşməsi müşahidə olunur.

Azərbaycanda İİV epidemiyası ilə mübarizədə əhəmiyyətli dərəcədə irəliləyişə baxmayaraq, bu epidemiya ilə üzləşmə riski böyük olan insanlara virusdan qorunma, müalicə, qayğı və dəstəkləyici xidmətlər aşağı səviyyədədir və buna qarşı intensivləşmiş fəaliyyətə ehtiyac vardır. İİV-li insanlara qarşı Damğa vurma və ayrı-seçkilik kimi fəaliyyətlər üstünlük təşkil edir, eləcə də gec diaqnoz və bunun ardınca erkən ölümlə nəticələnən gec tibbi tədbirlərlə (bura xüsusilə İİV məsləhətləşmələri və test edilməsi addir) müşahidə edilir.

İİV qoruyucu tədbirləri dövlət səhiyyə sisteminə inteqrasiya olunmamışdır və paytaxtda ixtisaslaşmış AİDS Mərkəzində cəmlənmişdir. Bunun nəticəsində səhiyyə işçiləri və peşəkarlar HİV-in səmərəli və elmi metodlarla qarşısının alınması və müalicəsindən əksər hallarda xəbərsiz olurlar.

Hal-hazırda, İİV/QİÇS-ə qarşı vahid milli əlaqələndirmə orqanı kimi Ölkə Əlaqələndirmə Mexanizmi yaradılır, lakin səmərəli əlaqələndirmə üçün bacarıqların artırılmasına ehtiyac var.

Azərbaycanda endemik xəstəlik olan malyariyaya gəldikdə isə, 1997-2011-ci illərdə geniş-miqyaslı epidemik nəzarət müdaxilələri nəticəsində epidemik vəziyyət aradan qaldırılmışdır və 2011-ci il ərzində 4 idxal olunmuş hallar da daxil olmaqla ölkə ərazisində 8 malyariya halı qeydə alınmışdır.

HİV göstəricilərinin dinamikası

Bar Chart

1.69 il
qalıb
- məqsədlərə nail olmaq üçün

1990 2015
MİM 6 üçün Hədəflər
  1. İİV/QİÇS-in yayılmasını dayandırmaq və xəstəliyin azaldılması istiqamətində işin əsasını qoymaq
    • 15-24 yaşlı əhali arasında İİV-in üstünlüyü
    • Son dərəcə yüksək riskli cinsi əlaqə zamanı kondomdan istifadə
    • İİV/QİÇS haqqında ətrafli bilikləri olan 15-24 yaşlı əhalinin hissəsii
    • 10-14 yaşlı məktəbə gedən kimsəsizlərin məktəbə gedən valideynli uşaqlara nisbəti
  2. 2015-ci ilə qədər İİV/QİÇS-in müalicəsinə ehtiyacı olan hər kəs üçün şərait yaratmaq
    • Antiretroviral dərmanları əldə edən İİV yoluxmuş əhalinin hissəsi