İnkişafı Fəlakətlərdən Qorumaq - Fəaliyyətə Çağırış

İnkişafı Fəlakətlərdən Qorumaq - Fəaliyyətə Çağırış

5 February 2014

Bu fəaliyyətə çağırış məcmuəsi BMTİP, UNİCEF, Oksfam İnternational və Təbii Fəlakətlərin Azalıdılması və Bərpası üzrə Qlobal Fond (GFDRR) tərəfindən hazırlanmışdır. Bu sənəd fəlakətlər nəticəsində boyük sayda itkiləri göstərərək, Təbii Fəlakət Risklərinin Azaldılmasının 2015-ci ildən sonrakı inkişaf çərçivəsində nə qədər əhəmiyyətli olduğunu vurğulayır.

Çağırış məcmusəd aşağıdakı mühüm fikirləri özündə ehtiva edir:

  • Təbii fəlakətlərin azaldılması olmadan dayanıqlı inkişafın labüdlüyü mümkün deyil
  • Təbii fəlakət riskinin azaldılması inkişafı dayanıqlı edir
  • 2015-ci ildən sonrakı inkişaf çərçivəsi dünyanın hər yerində, xüsusilə ən zəiflər üçün təbii fəlakət riskinin azaldılmasını təmin etmək üçün misilmsiz fürsətdir
  • Təbii fəlakətlər böyük və kiçik olmasından asılı olmayaraq, ailələrə, icmalara və dövlətlərə dağıdıcı zərbə vurur
  • Təbii fəlakətlər dayanıqlı inkişafın sosial, iqtisadi və ekoloji olmaqla hər bir aspektini sarsıdır
  • İnkişafda risklər nəzərə alınmadıqca, fəalkətlərin təsiri getdikcə artmağa davam edəcəkdir. Gələcəkdə böyük insan itkilərini, yaşayış üçün lazımi vasitələrin itirilməsini və artımının qarşısını almaq üçün inkişaf riskə davamlı olmalıdır
  • İnkişaf hec vaxt təbii fəlakətlərə qarşı bitərəf deyil: o, riskləri yaradır, kəskinləşdiri və ya azaldır. Fəlakət riskinin azaldılması hec vaxt boşa getməyən, həyatları, əmlakı, məktəbləri, biznes fəaliyyətlərini və məşğullu qoruyan sərmayədir
  • Təbii fəlakət riskinin azaldılması inkişafla bağlı məsələdir. Gələcək inkişaf gündəliyinin mərkəzi komponenti kimi risklərin azaldılmasının müəyyən edilməsi təbii fəlakərlərin inkişafın özünü pozmamasını təmin etmək üçün yeganə yoldur
Document Type
Regions and Countries