• 5.4%

    İşsizlik Dərəcəsi

  • 16%

    Milli Məclisdəki Qadınlar

  • 12%

    Meşə ilə ötülmüş torpaq sahələri

  • 73.6

    Uzun ömürlülük göstəricisi

  • 38.5

    Uşaq ölümü göstəricisi, hər 1000 döğuşa görə

  • 65

    Hər 100 iştifadəçisinə düşən internet istifadəçilərinin sayı

Azərbaycan Haqqında

Giriş


Bakı şəhərinin mənzərəsi (Şəkil: Iqor Timçenko)

Azərbaycan 1991-ci ildə keçmiş Sovet İttifaqından müstəqillik qazanmışdır və prezidentli respublika siyasi sisteminə malikdir. Təxmini 9.2 milyonluq əhalisi ilə ölkə 66 region, 13 şəhər royanu və Naxçıvan Muxtar Respublikasından ibarətdir. Azərbaycan təbii sərvətlərlə, xüsusilə də neft və təbii qaz yataqları ilə zəngindir. Qərbdən Avropa, şərqdən Asiya, şimaldan Rusiya və cənubda Orta Şərqlə əhatələnən Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında təbii nəqliyyat koridoru rolunu oynayır.

Tarixi


Meyvələr cənnəti (Şəkil: Hande Apaydın)

İqtisadi olaraq ölkə post-müstəmləkiçilik böhranından və çoxsaylı insanların məcburi köçkününə (ölkə əhalisinin onda biri məcburi köçkün və ya qaçqındır) və işğal olunmuş torpaqlara səbəb olan həll olunmamış Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmişdir. Böhran sonunda neft və təbii qaz yataqlarının hasilatı nəticəsində 2005 və 2008-ci illər arasında davamlı yüksək artımla əvəz edildi.

Çətinliklər


Neft yataqları (Şəkil: Devid Fielke)

Azərbaycanın qarşısında duran əsas çətinlik yüksək hidrokarbon ixracı asılılığından xislas olmaqla, iqtisadiyyatın təkmilləşdirilmiş səmərəlilik və bacarıqlarını özündə əks etdirən yüksək dəyərli sənaye istehsalına keçid vasitəsilə Yuxarı Orta Gəlirli ölkələr siyahısında tam hüquqlu yer tutmadır. İqtisadi artımın çətinliklərindən biri hələ də ölkədə layiqli iş imkanlarının inkişafındakı ləngimələrdir. Hidrokarbon ehtiyatları Azərbaycanın ixracatının 90 %-ni təşkil etsə də, bu sahə cəmi 7% vətəndaşa iş imkanları yaratmışdır. Ona görə də məhsuldar işlərin yaradılması Azərbaycanın inkişaf strategiyasının əsasında durmalıdır.


Daha səmərəli iqtisadiyyatın yaradılması üçün əsas şərt yüksək ixtisaslı iş qüvvəsinin olmasıdır. Azərbaycanın qənatbəxş orta məktəb göstəriciləri olsa da, universitet səviyyəsində ölkə Yuxari Orta Gəlirli ölkələr və OECD orta göstəricisindən geridə qalir.


Azərbaycanın üzləşdiyi digər mühüm çətinlik körpə və uşaq ölümü, eləcə də dövlət büdcəsindən səhiyyəyə yüksək maliyyə vəsaitinin ayrılması məsələsi əsas olmaqla səhiyyə sektorunun inkişaf etdirilməsidir.


Son olaraq, xidmətlərin göstərilməsinin keyfiyyəti əsas olmaqla, dövlət idarəçiliyinin müxtəlif sahələrində üzün müddətli inkişafı təmin etmək məqsədilə təşkilat və fərdlərin institusional islahatları və bacarıqların inkişafı davam etdirilməlidir.

Uğurlar

Alt text for sample image
İnsan kapitalına sərmayə yatırılması

Müstəqilliyin 20 ilində Azərbaycan böyük nailiyyətlər əldə etmişdir. Son illərdəki iqtisadi artımın yüksək səviyyəsi sosial-iqtisadi göstəricilərin nəzərə çarpacaq dərəcədə inkişafı ilə nəticələndi. Adam başına düşən gəlir 5552 ABŞ dolları oldu və bu Azərbaycanı Yuxarı Orta Gəlirli ölkələr sırasına qaldırdı. 2011-ci il İnsan İnkişafı İndeksinin sıralamasında Azərbaycan 76-cı yeri tutmaqla (Azərbaycan 2005-ci ildə 101-ci yerdə idi) “yüksək insan inkişafı” qrupuna daxil olmuşdur.


Güclü iqtisadi artım tikintidə əsas sərmayəçiləri cəlb etdi və yoxsulluq dərəcəsi 2002-ci il 46.7 faiz göstəricisindən 2011-ci il 8.4 göstəricisinə düşdü.


Ölkə ifrat yoxsulluğun və aclığın aradan qaldırılması (artıq 2008-ci ildə), ümumi orta təhsilə nail olmaq (artıq 2008-ci ildə), ibtidai və orta təhsildə gender fərqinin aradan qaldırılması və vərəmin yayılmasının qarşısının alınması da daxil olmaqla bir çox MİM-lərə nail olmuş və ya nail olmaqda uğurlar əldə etmişdir. Ana sağlamlığı və uşaq ölümü kimi sahələrdə yuxarı orta gəlirli ölkələrin göstəricilərindən aşağı olduğu üçün bu göstəricilərin hələ də diqqətə ehtiyacı vardır.


2012-ci ilin yanvar ayında Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzv ölkə kimi öhdəliyinə başladı və bununla da, o keçmiş Sovet Respublikalarından (yeni üzvlər) ilk seçilən ölkə şərəfinə sahib oldu.

Country flag
Country map
Ölkə haqqında Məlumat
Paytaxt
Bakı şəhəri
Əhalisi
9,235,100
Ərazisi (kv. km-lə)
86,600
Sahəsi (kv. mi)
33,436
Rəsmi dili
Azerbaycan dili
Yoxsulluq dərəcəsi
8.4 faiz
Adam başına düşən gəlir
2,334 AZN
İnsan İnkişafı İndeksi
0.731

Sources: Dövlət Statistika Komitəsi BMT İnkişaf Proqramı